SON XƏBƏR

“Rossotrudniçestvo”nun ölkəmizdəki fəaliyyətinə xitam verilir

Fevral 06
13:32 2025
Azərbaycan tərəfi "Rossotrudniçestvo” agentliyinin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə diplomatik kanallar vasitəsilə Rusiyaya rəsmi bildiriş göndərib.

Qlobal.az xəbər verir ki, bu barədə "Report"a məlumatlı mənbələrdən bildirilib.

Məlumatda deyilir ki, daha əvvəl analoji qərarın ABŞ-nin USAID agentliyi ilə bağlı verildiyini nəzərə alaraq (hətta Prezident Donald Trampın andiçmə mərasimindən və onun bu strukturu ləğv etmək barədə sonrakı qərarından əvvəl), bu addım müasir Azərbaycanın öz milli maraqlarını qorumaq istiqamətində ardıcıl kursu davam etdirdiyinin daha bir sübutudur və rəsmi Bakı haradan qaynaqlanmasından asılı olmayaraq, kənar müdaxilələrə artıq dözmək niyyətində olmadığını göstərir.

Azərbaycan özü donora çevrilib və xüsusilə qeyri-şəffaf sxemlər əsasında və strukturu açıq şəkildə kəşfiyyat xarakterli olan təşkilatlar vasitəsilə verilən kənar yardıma ehtiyacı yoxdur.
Qeyd edək ki, Bakıdakı "Rus Evi"  "Rossotrudniçestvo”nun nəzdində fəaliyyət göstərir. Azərbaycan mediasında "Rus Evi"nin ölkəmizdə Rusiyanın casus-kəşfiyyat şəbəkəsinin tərkib hissəsi olduğu barədə materiallar dərc ediləndən sonra Kremlə yaxın KİV-lər Azərbaycana qarşı növbəti çirkin təbliğat kampaniyasına başlamışdı. "Rossotrudniçestvo”nun başçısı Yevgeni Primakov isə ölkəmizin ünvanına hədə-qorxular səsləndirmiş, Azərbaycan media orqanlarını məhkəməyə verəcəklərini bildirmişdi. 

İndi isə göründüyü kimi, Azərbaycan tərəfi bu məsələni kökündən həll etmək və "Rus Evi"-ni də, onun başında duranları da layiq olduqları ünvana və istiqamətə göndərmək qərarına gəlib.  


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook