SON XƏBƏR

Ronaldo "Mançester Yunayted"ə belə sataşdı (FOTO)

Noyabr 23
10:27 2022
"Mançester Yunayted"lə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilən Kriştiano Ronaldo məlumat ictimaiyyətə rəsmən açıqlanmamışdan bir qədər öncə "qırmızı şeytanlar"ı "sancıb".

37 yaşlı portuqaliyalı sosial şəbəkə hesabında yeni saat kolleksiyası ilə birlikdə MY-nin qapısına 2013-cü ildə vurduğu qolun fotosunu da paylaşıb.

Həmin qol 2013-cü ildə Çempionlar Liqasında vurulub. Həmin vaxt "Real Madrid"də olan Ronaldonun fərqləndiyi qarşılaşmada madridlilər 2:1 hesablı qələbə qazanıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook