SON XƏBƏR

Roma Papası Yaponiyaya rəsmi səfər edəcək

İyun 27
00:11 2019
Roma Papası Frensisk noyabrın 23-27-də Yaponiyaya rəsmi səfər edəcək.

ANSA agentliyi xəbər verir ki, Yaponiyanın Radioverilişlər Korporasiyasının (NHK) yaydığı məlumata görə, Frensisk noyabrın 25-də imperator Naruhito və baş nazir Sinzo Abe ilə görüşəcək. Həmin gün Papa Tokio Evində dua mərasimi (messa) icra edəcək.

Bildirilir ki, Papa paytaxt Tokiodan başqa, Hirosima və Naqasaki şəhərlərinə də gedəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook