SON XƏBƏR

Roma Papası sabah Vatikanda Zelenskini qəbul edəcək

May 12
09:55 2023
Roma Papası Fransisk sabah Vatikanda Ukrayna lideri Vladimir Zelenskini qəbul edə bilər.

APA xəbər verir ki, bu barədə ANSA agentliyi xəbər məlumat yayıb.

Alman mətbuatının yazdığına görə, yaxın günlərdə Zelenski Berlində kansler Olaf Şolts və prezident Frank-Valter Ştaynmayerlə görüşəcək.

Roma görüşü də bu proqrama daxil ola bilər.

Agentlik vurğulayır ki, hələlik Zelenskinin İtaliya və Vatikana səfərinin rəsmi təsdiqi yoxdur.

Bundan əvvəl Roma Papası Fransisk Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlar masası arxasına oturmalı olduğunu bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook