Roma papası Meksikaya səfər edəcək
Fevral 12
10:46
2016
Bu gün Roma papası Fransiskin Meksikaya səfəri başlayır.
"Report"un "BBC"-yə istinadən verdiyi xəbərə görə, beş gün davam edəcək səfər çərçivəsində Roma papası paytaxt Mexiko ilə yanaşı Çapyas, Miçoakan və Çiuaua ştatlarına baş çəkəcək.
Fransiskin təhlükəsizliyini təmin etmək məqsədi ilə 20 min polis əməkdaşı səfərbər edilib.
Qeyd edək ki, Meksikanın Çiuaua ştatı dünyanın ın təhlükəli yerlərindən biri hesab olunur.
Qlobal.az



