Roma Papası: "İnternet Allahın nemətidir"<</font>/b>
Yanvar 23
09:12
2016
Roma Papası interneti "Allahın neməti” adlandırıb.
Cebhe.info xəbər verir ki, Roma Papası bu fikrini Vatikanda Apple rəhbəri Tom Kukla qapalı görüşündə bildirib.
"Reuters”in məlumatına görə, Roma Papası ilə Apple şirkətinin rəhbərinin görüşünün təfərrüatları açıqlanmasa da, Papanın internetlə bağlı fikrini açıqladığı qeyd olunub.
Roma Papası "Əgər ağılla istifadə olunarsa, internet Allahın nemətidir” deyib.
Xatırladaq ki, bundan əvvəl Roma Papası gənclərə müraciət edərək internetdə çox zaman keçirməməyə çağırmışdı.



