SON XƏBƏR

Robert Köçəryan Moskvaya üçgünlük səfərə getdi

Dekabr 17
12:06 2020
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu səhər Moskvaya üçgünlük səfərə yola düşüb.
 
Qaynarinfo xəbər verir ki, bu haqda ikinci prezidentin ofisindən "Sputnik Ermənistan”a bildirilib.

Səfər xüsusi xarakter daşıyır; 18 dekabrda Moskvada Robert Köçəryanın 2009-cu ildən bəri müstəqil direktor olduğu investisiya kompaniyası AFK Sistemin İdarə Heyətinin iclası keçiriləcək.

Üç günlük səfər çərçivəsində Rusiyada başqa görüşlərin nəzərdə tutulub-tutulmadığı məlum deyil.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook