SON XƏBƏR

Rişi Sunak istefasını III Çarlza təqdim etdi

İyul 05
12:48 2024
Böyük Britaniyanın baş naziri Rişi Sunak istefa ilə bağlı müraciətini Kral III Çarlza təqdim edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniya KİV-i məlumat yayıb.

O, son 200 ildə ölkənin ən gənc hökumət başçısı olub. Sərvəti Britaniya kralının sərvətini üstələyən Rişi Sunak iki ildən az müddətə bu vəzifədə çalışıb.

Qeyd edək ki, Britaniyada keçirilən parlament seçkilərində Leyboristlər Partiyası qalib gəlib. Bununla da Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyəti başa çatıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook