SON XƏBƏR

Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Adı 600 min manatlıq mənimsəmədə... (VİDEO)

Noyabr 18
11:02 2025
Bakıda nəqliyyat vasitələrindən ətraf mühitə atılan zərərli qazlara qarşı mübarizə tədbirləri davam etdirilir.

Qlobal.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakı şəhər DYP İdarəsi və ETSN-in əməkdaşları ilə birlikdə "Təmiz hava aylığı” ilə əlaqədar keçirilən reyddə bazar dəyəri 850 min manat olan avtomobil sahibi saxlanılıb.

10-SY-100 dövlət qeydiyyat nişanlı "Ferrari” markalı nəqliyyat vasitəsindən ətraf mühitə atılan dəm qazının miqdarı normadan yüksək olduğu üçün sürücü 50 manat cərimələnib.
 

Bildirilib ki, "Ferrari”nin sürücüsü olan Miryaqub Seyidov 3 il əvvəl adı 600 min manatlıq mənimsəmədə adı hallanan Mirhafiz Seyidovun oğludur. Araşdırmalar nəticəsində o da məlum olub ki, Seyidovlar ailəsinin geniş avtomobil kolleksiyası var. Onlar daha çox qeydiyyat nişanında "OO” olan nəqliyyat vasitələrini idarə edirlər. Seyidovların isə ümumilikdə avtomobil qarajına "Ferrari”, "Lamborghini” və "Porsche” kimi lüks maşınlar daxildir.

Qeyd edək ki, qaydaları pozan sürücü Miryaqub Seyidov çəkilişdən yayınmaq üçün avtomobillə ərazidən uzaqlaşıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook