SON XƏBƏR

Rəsulzadənin barelyefi niyə söküldü? - Metropoliten açıqlama verməkdən imtina etdi

Fevral 02
13:50 2016
"Bakı Metropoliteni" Rəsulzadənin barelyefinin yerində reklam löhvəsinin asılmasına aydınlıq gətirmir...
 
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan demokratik cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin metronun "28 May" stansiyasındakı barelyefinin sökülərək yerində tikinti şirkətinin reklamının asılmasına aydınlıq gətirməyib.
 
Arqument.az-ın əməkdaşı "Bakı Metropoliteni"nin rəhbərliyindən, mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məsələ ilə bağlı mövqe almağa cəhd edib. Amma qurumdan bildirilib ki, bu barədə açıqlamaq vermək istəmirlər.
 
Qeyd edək ki, M.Ə.Rəsulzadənin barelyefinin yerində tikinti şirkəti olan "Kristal Abşeron"un reklamı yerləşdirilib.
 
Xatırladaq ki, "Bakı Metropoliteni"nin "28 May" stansiyası bir neçə il öncə təmir edilib. Təmir zamanı Rəsulzadənin barelyefi sökülüb. Reklam lövhəsi isə yaxın vaxtlarda asılıb. Qurumun sabiq sədri Tağı Əhmədov 2013-cü ildə məsələyə belə münasibət bildirmişdi: ""Yuxarıdan" nə atribut verilsə, onu da stansiyaya vuracağıq".
 
Arqument.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook