SON XƏBƏR

Rəsul Quliyevdən ilginc azərbaycanlı-kürd bənzətməsi

Fevral 15
22:15 2016
"ABŞ-ın Rusiya ilə gizli danışıqlar aparıb Türkiyəni dağıtmaq istəməsi barədə olan iddialar əsassızdır Belə əcaib fikirlərə rast gələndə, adamın əl-ayaqları yerdən üzülür”.
 
Bu barədə Azərbaycan Parlamentinin keçmiş sədri Rəsul Quliyev bildirib.
 
ABŞ-ın iki düşməninin olduğunu deyən R.Quliyev bunlardan birinin Çin, digərinin isə Rusiya olduğunu diqqətə çatdırıb:
 
"Rusiya ABŞ-a ona görə düşməndir ki, rus imeriyası yaranandan bu günədək aqressiv təşkilat təsiri bağışlayır. Rusiyanın aqressiv olması təsadüf deyil, səbəbləri var. Çünki ac adam həmişə aqressiv olur. Rusiya da ömrü boyu acdır, ömrü boyu orada ədalət olmayıb, ömrü boyu orada korrupsiya və rüşvət var. İstər Pyotrun, istər Yekaterinanın, istərsə də Putinin vaxtında bu, belə olub. Bu aqressiv adamlar dünyanın ikinci nüvə potensialına sahib olan ölkə qurublar. İndi Amerika sözsüz ki, bu aqressiv ölkədən qorxur. ABŞ 80-ci illərdən 6-9 trilyon dollar pul xərcləyib ki, raketdən müdafiə sistemləri yaratsın. İndi həmin sistemlərdən Polşa, Rumıniya və Bolqarıstanda qurmaq istəyir. Çünki hamısı Rusiyadan qorxur. Bu gün ABŞ Türkiyənin əməkdaşlıq etdiyi vacib ölkələrdən biridir. 50-ci illərdən bu günə Türkiyə ABŞ-ın yanında olub, həmçinin Amerika da Türkiyənin yanında. Buna görə də heç vaxt ABŞ Rusiya ilə Türkiyənin əleyhinə danışıqlar aparmaz. Türkiyə üçün kürd problemini yaradan əsas tərəf Sovet imperiyası – ruslar idi. Bu, danılmaz faktdır. Kürdləri maliyyələşdirən, PKK-nı yaradan ruslardır. Kürdlər kiçik millət deyil. İranda 4 milyona, Türkiyədə 10 milyona, Suriyada 3 milyona yaxın kürd var. Üs-üstə gələndə 20 milyona yaxın bir xalqdır.
 
Sovet kürdləri yolundan çıxarıb o partiyanı yaradandan bunlar mübarizə aparmağa başladılar, bu gün də bu mübarizəni dayandıra bilmirlər. Türkiyə bu gün kifayət qədər kürd-türk məsələsindən əziyyət çəkir. Gərək türklər Osmanlı imperiyası ambisiyasını qırağa qoyub kürdlərlə normal danışıqlar aparsınlar. Türkiyədə kürdlərlə partiyaları ilə seçkilərdə iştirak etməyə imkan veriblər, onlar da kifayət qədər səs toplayıb Parlamentdə yer alıblar. Bu, Türkiyə daxilindəki kürd məsələsində bir qədər sakitlik yaratdı. Amma kürdlər təkcə Türkiyədə yaşamırlar. İraq, İran və Suriyada da var. İran kürdləri sakitdirlər. Amma Türkiyə tez-tez Suriya və İraqdakı kürdlərə yönəlik reydlər edir. Bu gərginliyin zəifləməsinə imkan vermir. Kürdlər azərbaycanlılar kimi bir qədər liberal İslama qulluq edirlər. Baxmayaraq ki, sünnidirlər. Sünnilər elə liberal olurlar. Yəni kürdlər türklərlə eyni məzhəbə qulluq edirlər. Baxmayaraq ki, bunlar liberaldırlar, "İslam Xilafəti”nin terrorçularına qarşı vuruşurlar, bir tərəfdən də Türkiyənin hücumlarına məruz qalanda ABŞ buna qarşı çıxacaq. Bu o demək deyil ki, Amerika Türkiyəni dəstəkləmir, Rusiya ilə Türkiyənin əleyhinə gizli danışıqlara gedir. Bu mümkün deyil. Azərbaycana gəlincə, Azərbaycanın bu proseslərdə iştirakı və rolu yoxdur, ola da bilməz. Azərbaycan bu məsələdə nə rol onynaya bilər? Ümumiyyətlə, bu məsələyə Azərbaycanın qarışmaq şansı sıfıra bərabərdir”.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook