SON XƏBƏR

Restoran sahibi ATV-nin aparıcısı və əməkdaşlarını döydü - VİDEO

İyun 05
23:58 2016
ATV-nin `Yoxlama` verilişinin əməkdaşları hücüma məruz qalıb.

Hadisə Şamaxıda baş verib. Restoranda verilişin formatına uyğun çəkiliş aparan texniki heyətə hücum olub. Şamaxı şəhərinin Bakı istiqamətindən girişində yerləşən restoranda çəkiliş zamanı ATV-də yayımlanan "Yoxlama" verilişinin əməkdaşları fiziki zorakılığa məruz qalıblar.

Qlobal.az Xeberoxu.com-a istinadən xəbər verir ki, restoranın sahibi çəkiliş qrupuna mane olmaq istəyib. Ancaq aparıcı Azər İsmayılov buna qarşı çıxanda gərginlik daha da artıb.

Restoran sahibi və yanındakılar çəkiliş qrupuna fiziki hücum ediblər. Onlar "Yoxlama"çıları zorla restorandan çıxarmağa çalışıblar. Bu zaman söyüş və təhqir edici ifadələr də eşidilib. Nəticədə verilişin rejissoru Elgün Bayramlı xəsarət alıb.

Mübahisə isə çəkiliş qrupunun avtomobilinin yaxınında davm edib. Hadisə ilə bağlı polisə müraciət edilib. Şamaxı rayon Polis Şöbəsinin əməkdaşları faktı araşdırır.

Həmin anların görüntülərini təqdim edirik:
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook