SON XƏBƏR

“Respublikanski” xəstəxanadan inanılmaz görüntülər – SƏHİYYƏ NAZİRİ BU GÖRÜNTÜLƏRƏ BAXMASIN!

Sentyabr 23
00:49 2016
6 il qaragiyər serrozundan əziyyət çəkən və dövlətin qayğısından mərhum olan 26 yaşlı Nahidə Həmzəyevanın Səhiyyə nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi əksini tapırdı. Sosial şəbəkələrdə və ölkə mediasında böyük rezonas yaradan həmin görüntülərdən sonra Səhiyyə Nazirliyinin rəsmiləri 24saat.org saytına verdikləri açıqlamada N. Həmzəyevanın dövlət xəstəxanalarında müalicəsinin mümkünlüyünü bildirərək əlavə etmişdilər ki, xəstə müalicə olunması üçün ona təklif olunan müəssisələrdən birində müalicəsinə başlaya bilər.

Bu kadrlarda Nahidə Həmzəyevanın Səhiyyə Nazirliyinin göndərişi əsasında Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında üzləşdiyi utancverici problemlər əksini tapır. Saat 15:30 radələrində palataları bağlı xəstəxanada qaragiyər serrozu diaqnozu ilə göndərilən vətəndaşı "asma” xəstələrinin müalicə olunduğu palataya yerləşdirmək istəyirlər. Və ən maraqlısı budur ki, onları qarşılayan tibb bacısı bildirir ki, lüks palataları Lalə adlı təsərrüfat başçısı ilə Nabilə adlı şöbə müdiri "həll edir”.

Qlobal.az 24saat.org-a istinadən Azərbaycan səhiyyəsi üçün utancverici olan həmin kadrları təqdim edir:
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook