SON XƏBƏR

Respublika Klinik Xəstəxanasında xəstə qəbulu dayandırıldı (RƏSMİ)

May 17
17:48 2020
Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında yeni xəstə qəbul dayandırılıb. 

Bunu "Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib. 

"Xəstəxanada yeni qəbul qaydaları müəyyənləşdirilir. Bu səbəbdən tibb müəssisəsi bir həftə yeni xəstə qəbul etməyəcək. Eyni zamanda, həmin müddətdə orada profilaktika məqsədi ilə dezinfeksiya işləri aparılacaq. Xəstəxanada olan pasiyentlərin müalicəsi əvvəlki qaydada davam etdiriləcək”, - R.Əliyeva deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook