"Respublika Diaqnostika Mərkəzində əməliyyat zamanı oğlumun ciyərinə infeksiya salıb öldürdülər – ŞİKAYƏT
Dekabr 04
10:41
2023
Məmmədov Rafiq Əli oğlu Respublika Diaqnostika Mərkəzindən şikayətçidir. AFN.az-a müraciət edən şikayətçi oğlunun orada əməliyyat olunduqdan sonra vəfat etdiyini deyir.
"Oğlum 06.06.1988-ci il təvəllüdlü Məmmədov Elnur Rafiq oğlunun mədəsində yara vardı. Bununla bağlı biz Respublika Diaqnostika Mərkəzində anestiazoloq Hüseyn adlı həkimin qəbulunda olduq. Hüseyn həkim bizi cərrah İlqar İsmayilov adlı həkimə yönləndirdi. Biz İlqar həkimlə görüşdük. O, oğlumun analizlərinin nəticələrinə baxıb bizə bildirdiki, təcili əməliyyat olunmalıdır. Həmçinin o bizə bildirdi ki, oğlumun əməliyyatının öhdəsindən layiqincə gələcək və narahatçılıq üçün heç bir əsas yoxdur, əməliyyatdan sonra oğlum əvvəlki sağlamlığına qayıdacaq.
Cərrah İlqar İsmayılov
İlk əməliyyat 14 sentyabr 2023-cü il tarixində olundu, əməliyyatdan sonrakı beş gün ərzində oğlumun vəziyyəti yaxşı oldu. Lakin sonradan oğlumun halı yenidən kəskin pisləşdi. Biz dərhal həkimin qəbulunda olduq. O, oğlumun yarasına baxış keçirdikdən sonra əməliyyat yerinin tikişlərinin söküldüyünü və yenidən əməliyyat olunmalı olduğunu bildirdi.
İkinci əməliyyat 19 sentyabr 2023-cü il tarixində oldu. Əməliyyatdan sonra oğlum ayılmadı, komada qaldı. Həkim İlqar İsmayilov bizə ikinci əməliyyatdan sonra bildirdi ki, xəstənin palatasının yanında olun, xəstə palataya köçürüləcək. Bizdə bir neçə saat palatanın yanında oğlumun ora köçürüləcəyini gözləsək də, oğlum palataya gətirilmədi. Bundan sonra isə biz Hüseyn həkimin yanına getdik. O da bizə bildirdi ki, oğlum narkozdan ayılmayıb, 3-4 saata ayılacaq və palataya köçürüləcəkdir. Əməliyyatdan bir neçə gün sonra isə bizə bildirdilər ki, xəstənin qanına və ciyərinə virus düşüb. Sentyabr ayının 19-dan 29-na kimi, ikinci əməliyyatdan 10 gün müddətində həkimlər bizə müxtəlif bəhanələr gətirərək, oğlumun bu gün-səhər ayılacağını bildirərək bizi aldatdı. Əməliyyat etdiyi xəstənin komada olmasına baxmayaraq, cərrah İlqar İsmayılov əməliyyatın üçüncu günündə ölkəni tərk etdi. 10 gün oğlum xəstəxanada qaldıqdan sonra ona "Bona Dea” xəstəxanasından Elmar adlı cərrah həkim baxış keçirdi və bizə bildirdi ki, xəstənin vəziyyəti həddindən artıq ağırdır. Əgər sabaha vəziyyətində müsbət dinamika olmasa o, "Bona Dea” xəstəxanasına köçürülməlidir. 29 sentyabr 2023-cü il tarixində oğlum "Bona Dea” xəstəxanasına köçürüldü.
Anestezioloq Hüseyn həkim
R.Məmmədov bütün bu qeyd edilənlərlə bağlı Baş Prokurorluğa şikayət ünvanladığını qeyd edib. O, müxbirimizlə söhbətində bildirib ki, əməliyyat üçün İ.İsmayılova 11 800 manat pul verib: 4 min rəsmi ödəniş edilib, 7800 nağd formada verilib.
Mərhum Elnur Məmmədov
"Oğlum 06.06.1988-ci il təvəllüdlü Məmmədov Elnur Rafiq oğlunun mədəsində yara vardı. Bununla bağlı biz Respublika Diaqnostika Mərkəzində anestiazoloq Hüseyn adlı həkimin qəbulunda olduq. Hüseyn həkim bizi cərrah İlqar İsmayilov adlı həkimə yönləndirdi. Biz İlqar həkimlə görüşdük. O, oğlumun analizlərinin nəticələrinə baxıb bizə bildirdiki, təcili əməliyyat olunmalıdır. Həmçinin o bizə bildirdi ki, oğlumun əməliyyatının öhdəsindən layiqincə gələcək və narahatçılıq üçün heç bir əsas yoxdur, əməliyyatdan sonra oğlum əvvəlki sağlamlığına qayıdacaq.
Cərrah İlqar İsmayılov
İlk əməliyyat 14 sentyabr 2023-cü il tarixində olundu, əməliyyatdan sonrakı beş gün ərzində oğlumun vəziyyəti yaxşı oldu. Lakin sonradan oğlumun halı yenidən kəskin pisləşdi. Biz dərhal həkimin qəbulunda olduq. O, oğlumun yarasına baxış keçirdikdən sonra əməliyyat yerinin tikişlərinin söküldüyünü və yenidən əməliyyat olunmalı olduğunu bildirdi.
İkinci əməliyyat 19 sentyabr 2023-cü il tarixində oldu. Əməliyyatdan sonra oğlum ayılmadı, komada qaldı. Həkim İlqar İsmayilov bizə ikinci əməliyyatdan sonra bildirdi ki, xəstənin palatasının yanında olun, xəstə palataya köçürüləcək. Bizdə bir neçə saat palatanın yanında oğlumun ora köçürüləcəyini gözləsək də, oğlum palataya gətirilmədi. Bundan sonra isə biz Hüseyn həkimin yanına getdik. O da bizə bildirdi ki, oğlum narkozdan ayılmayıb, 3-4 saata ayılacaq və palataya köçürüləcəkdir. Əməliyyatdan bir neçə gün sonra isə bizə bildirdilər ki, xəstənin qanına və ciyərinə virus düşüb. Sentyabr ayının 19-dan 29-na kimi, ikinci əməliyyatdan 10 gün müddətində həkimlər bizə müxtəlif bəhanələr gətirərək, oğlumun bu gün-səhər ayılacağını bildirərək bizi aldatdı. Əməliyyat etdiyi xəstənin komada olmasına baxmayaraq, cərrah İlqar İsmayılov əməliyyatın üçüncu günündə ölkəni tərk etdi. 10 gün oğlum xəstəxanada qaldıqdan sonra ona "Bona Dea” xəstəxanasından Elmar adlı cərrah həkim baxış keçirdi və bizə bildirdi ki, xəstənin vəziyyəti həddindən artıq ağırdır. Əgər sabaha vəziyyətində müsbət dinamika olmasa o, "Bona Dea” xəstəxanasına köçürülməlidir. 29 sentyabr 2023-cü il tarixində oğlum "Bona Dea” xəstəxanasına köçürüldü.
Anestezioloq Hüseyn həkim
Əlavə olaraq bildirmək istəyirəm ki, oğlum "Bona Dea” xəstəxanasında yatdığı müddətdə bizə bildirdilər ki, xəstə RDM-də iki yox, üç dəfə əməliyyat olunub. Lakin üçüncü əməliyyatı Diaqnostika Mərkəzinin həkimləri bizdən gizlətmişdilər. Həmçinin biz xəstəmizi "Bona Dea” xəstəxanasına yerləşdirdikdə həkimlər bildirdilər ki, oğlunuzun bu duruma düşməsinin səbəbi cərrahın səhvi olub. "Bona Dea” xəstəxanasında bir müddət yatdıqdan sonra oğlum 15 oktyabr 2023-cü il tarixində vəfat etdi. Ölüm səbəbi kimi isə mədəsindəki problem yox, ciyərlərindəki problem – infeksiya göstərilib. Mənim övladım cərrah İlqar İsmayılov Hüseyn adlı anestiazoloq həkimlərin səhlənkarlığı ucbatından dünyasını dəyişdi”.
Mərhum Elnur Məmmədov
"Xəstə Məmmədov Elnur Rafiq oğlu bizim klinikaya muraciət etməmişdən öncə mədə xərçənginə bağlı mədə qanaxması diaqnozu ilə başqa bir mərkəzə bayılma ilə aparılıb, oranın reanimasiya şöbəsinə yerləşdirilib. Orada götürülən qan analizində xəstənin hemoqlobininin 3.0 a qədər düşdüyü görülüb, xəstə yaxınlarının verdiyi məlumata görə xəstəyə 8 paket qan köçürülüb. Daha sonra klinikamıza müraciət edib, xəstə tərəfimizdən müayinə olunub”.
Bunu AFN.az-a açıqlamasında E.Məmmədovu əməliyyat edən RDM-in cərrahı İlqar İsmayılov bildirib. O, qeyd edib ki, xəstənin kompyuter tomoqrafiya müayinəsində mədə xərçənginə bağlı mədə deşilməsi, dalağa invaziya, həmçinin ətraf limfa düyunlərinə yayılma görülüb: "Deyilənlər komputer tomoqrafiya raporunda da təsdiqini tapıb. Mövcud vəziyyət yəni əməliyyatın digər xəstələrlə müqayisədə daha riskli olduğu, xəstəliyin gecikdirilmiş bir xəstəlik olduğu, həmçinin xəstənin immunitetinin də son dərəcə zəif olduğu və əməliyyat sırasında və əməliyyatdan sonrakı dönəmdə ölüm riski, əməliyyatın ağırlaşmaları xəstə və xəstə yaxınlarına (atası, əmisi və qardaşı) detallı şəkildə izah edilib və əməliyyata yazılı razılıq alındıqdan sonra xəstə əməliyyata götürülüb. Xəstə əməliyyat olunduqdan sonra onda ağciyərə bağlı ağırlaşma olub, xəstə klinikamızda reanimasiya şöbəsində müalicə alıb. Daha sonra yaxınlarının istəyi ilə "Bona Dea” klinkasına köçürülüb, mülicəsi orada davam etdirilib. Xəstə "Bona Dea” klinkasında olarkən də cərrahi baxımdan tərəfimizdən izlənib. Çox təəssüf ki, o, "Bona Dea” klinikasına köçürüldükdən 3 həftə sonra ağciyərə bağlı səbəbdən vəfat edib”.
Mənbə: AFN.az
Qlobal.az