SON XƏBƏR

Rəsmi Moskva Gürcüstanla siyasi dialoqun bərpası üçün zəmin görmür

Yanvar 22
18:05 2026
Gürcüstanla siyasi dialoqun bərpası üçün əfsuslar ki, zəmin hələ yoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, Rusiya Gürcüstanın özgələrin əlində alətə və oyuncağa çevrilməməsi üçün suveren və müstəqil olmasında maraqlıdır.

"Qərbin ağla sığmayan təzyiqinə baxmayaraq, Gürcüstan hakimiyyəti milli maraqlarının müdafiəsinə hazırlığını bəyan edir, həmçinin Rusiya ilə qarşılıqlı münasibətləri kəsməyi də istəmir”, - Zaxarova əlavə edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook