Rəsmi Moskva Ermənistanı Aİİ və Aİ arasında seçimlə bağlı qərar verməyə çağırıb

Aprel 03
11:24
2025
Eyni anda həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqı kimi fərqli mövqelərə malik qurumlara üzvlük mümkün deyil. Lakin son qərarı məhz Ermənistan verməlidir.
APA RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
O, Avrasiya İqtisadi İttifaqını Avropa İttifaqından fərqli olaraq bərabərhüquqlu dövlətlərin birliyi adlandırıb. Mixail Qaluzin deyib ki, Aİ Brüsseldəki bürokratların Rusiya əleyhinə verdiyi qərarlar çərçivəsində fəaliyyət göstərir:
"Hansı tərəfdə olmaqla bağlı son qərarı Ermənistan verməlidir. Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqına üzvlüyün qazandıracağı üstünlüklər izah ediləcək. Bu, əhalidə obyektiv təsəvvürün yaranmasına imkan verəcək”.