SON XƏBƏR

Rəsmi Ankara ABŞ-ın 3 PKK üzvünün başına pul qoymasına münasibət bildirdi

Noyabr 07
12:07 2018
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) ABŞ Dövlət Departamentinin PKK terror qruplaşmasının rəhbərliyinə daxil olan 3 nəfərin başına pul qoymasına münasibət bildirib.

XİN sözçüsü Hami Aksoy bildirib ki, rəsmi Ankara qərarı müsbət qiymətləndirir.

"ABŞ Dövlət Departametinin PKK terror qruplaşmasının 3 dəstəbaşının kimliklərini və yerlərini təsbit edəcək məlumatların verilməsi qarşılığında pul mükafatı ayırmasını alqışlayırıq. Bu addımın terrorçu PKK, onun İraq və Suriyadakı qollarına qarşı mübarizə ilə dəstəklənməsini də gözləyirik”, - H.Aksoy vurğulayıb.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti terrorçu PKK-nın dəstəbaşıları Murat Karayılanın başına 5 milyon dollar, Cemil Bayıkın başına 4 milyon dollar, Duran Kalkanın başına isə 3 milyon dollar mükafat təyin edib. Bu, departamentin "Ədalət üçün mükafat” ("Rewards for Justice”) proqramı çərçivəsində müəyyənləşdirilib.

Xatırladaq ki, Dövlət Departamenti "İmmiqrasiya və vətəndaşlıq haqqında” qanunun 219-cu bölməsinə əsasən, 1997-ci ildə PKK-nı Birləşmiş Ştatlar üçün təhlükəli olan terrorçu təşkilat kimi tanıyıb, 2001-ci ildə isə "Qlobal terror ünsürləri” siyahısına daxil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook