SON XƏBƏR

Rəşad Əliyev vəzifəsindən çıxarılır? - İdarə rəisi Adil Kərimlinin islahatlarından təşvişə düşüb?

Mart 29
15:04 2023
Son günlər Mədəniyyət Nazirliyində ciddi şəkildə islahatlara start verilib. Nazirin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli keçmiş nazir Anar Kərimovun kadrlarını tutduqları vəzifədən uzaqlaşdırmaqla məşğuldur. Nazirlik içində aparılan islahatlar artıq Regional Mədəniyyət İdarələrinə də çatıb. Buna misal olaraq Adil Kərimlinin son 1 ayda 3 idarə rəisini işdən çıxartmasını deyə bilərik. İşdən çıxarılan idarə rəisləri sabiq nazir Anar Kərimov tərəfindən vəzifəyə təyin edilən şəxslərdir. 

Məlumata görə Adil Kərimlinin Mədəniyyət Nazirliyində apardığı islahatlar davam edəcək və digər regional idarə rəisləridə vəzifələri ilə vidalaşacaqlar. 

Xalqxəbər.az-a daxil olan məlumata görə işdən çıxarılacaq idarə rəislərindən biri də Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyevdir. Haqqında müəyyən müsbət xəbərlər dolaşmasına baxmayaraq Rəşad Əliyevin sabiq nazir Anar Kərimovun əsas kadrlarından biri olduğu deyilir.

Məlumata görə Rəşad Əliyev nazir əvəzi Adil Kərimlinin apardığı islahatlardan ciddi şəkildə təşvişə düşüb. Bu barədə bir neçə gün öncə ölkə mətbuatında dərc edilən məlumatlarda qeyd edilmişdi. Həmin məlumatlarda vurğulanırdı ki, "Rəşad Əliyev Mədəniyyət Nazirliyindəki havadarları sayəsində Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında müsbət fikir formalaşdırmaq və bununlada nazir əvəzi Adil Kərimlinin hədəfindən yayınmaq istəyir. Bunun üçün Rəşad Əliyev və müavini İlham Əhmədov internet resurslarında Sumqayıt Regional Mədəniyyət İdarəsi haqqında daha çox müsbət xəbərlərin dərc olunmasına start verib. Hətta idarə rəisi işçilərinə tapşırıq verərək, "Facebook" və "Instagram" sosial şəbəkələrinində Sumqayıt Regional Mədəniyyət İdarəsinin xəbərlərini davamlı paylaşılmasını və bütün işçilərin həmin xəbərləri yaxşı mənada bəyənmələri göstərişini verib". 

Bildirək ki, Hesablama Palatası tərəfindən 2023-cü ilin fevral ayında Sumqayıt Regional Mədəniyyət İdarəsində audit yoxlamalar aparılıb. Palatanın həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra açıqlanacaq.

Daha bir məlumatda bildirilir ki, Rəşad Əliyevin yerinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin yüksək vəzifəli işçilərindən biri rəis keçmək niyyətindədir. 

Mövzuya qayıdacağıq. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook