“Relax” istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib
İyul 21
14:08
2022
Milli Məclisin üzvü İqbal Məmmədovun sahibi olduğu "Relax” istirahət mərkəzində kütləvi zəhərlənmə baş verib.
Qlobal.az Bakupost.az-a istinadən xəbər verir ki, hadisə iyulun 19-u günorta saatlarında baş verib.
Belə ki, qohumlardan ibarət 13 nəfərlik qrup Lerikə istirahətə gedib. Onlar nahar etmək və əylənmək üçün "Relax” istirahət mərkəzini seçiblər. Nahardan sonra qrupdakıların səhhətlərində problem yaranıb. Özlərini pis hiss edən qrup üzvləri istirahətlərini yarımçıq qoyaraq şəhərə geri qayıtmaq qərarına gəliblər. Onların vəziyyəti getdikcə pisləşdiyi üçün yaşadıqları ünvana uyğun olaraq Sumqayıt Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Səhhətində problem yaranan 10 nəfərə zəhərlənmə dioqnozu qoyulub, onlara müalicə proseduru tətbiq edilib.
Ailələrdən birinin başçısı Emin Şirinov Bakupost.az -a bildirdi ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edəcəklər:
"300 manat girişə, 350 manat isə yeməyə xərcimiz çıxıb. Görünür, bizə köhnə yeməklər veriblər. Ölümdən döndük”.
Onun sözlərinə görə, zəhərlənənlər arasında azyaşlılar da olub.
Qeyd edək ki, bu gün Xaçmazda da kütləvi zəhərlənmə baş verib. Nabranda yerləşən "Məkan” istirahət mərkəzində yemək yeyən 10 nəfər xəstəxanalıq olub.