SON XƏBƏR

Rektor təqaüdə göndərilir, yoxsa nazir müavini vəzifəsinə gedir?

Aprel 28
09:08 2023
Bakı Mühəndislik Universitetinin rektoru yaxın vaxtlarda təqaüdə göndərilə bilər.

Bu barədə məlumatı dünən Qaynarinfo.az saytı yayıb.
 
Sayta etibarlı mənbədən daxil olan məlumata görə, universitetin rektoru, 78 yaşlı Havar Əmir oğlu Məmmədovun təqaüdə göndərilməsinə səbəb yaş həddi ilə əlaqədardır. 
 
Qlobal.az-ın əldə etdiy məlumata görə Havar Məmmədovun Bakı Mühəndislik Universitetinin rəhbərliyindən gedəcəyi dəqiqdir. Lakin onun təqaüdə yox, Elm və Təhsil nazirinə müavin təyin ediləcəyi də iddialar arasında yer alır. 

Bakı Mühəndislik Universitetindən məsələyə mövqe öyrənə bilmədik.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook