Rektor Şahin Bayramovun nəfəs kəsən avtobioqrafiyası
Fevral 01
20:29
2023
Azərbaycanın Bakı, Gəncə, Sumqayıtdan sonra dördüncü böyük şəhəri olan Mingəçevir Dövlət Universiteti ilə bağlı yazmaq istəyərkən, xırda bir araşdırma aparmalı oldum.
Deməli, Mingəçevir Dövlət Universiteti Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində yaradılmışdır. Sonra rektor Şahin Bayramovla bağlı xırda bir araşdırma aparmalı oldum. Bu adamın özü haqqında yazdığı ÖMÜR YOLUnu oxuyanda adamın nəfəsi kəsilir. Az qala bir roman boyda tərcümeyi-hal. Nə bilim, Polşada çıxış elədim, Çində konfransda oldum, Fransada koordinator oldum-filan….
Bu adam yazır ki, 2018-ci ildən Azərbaycan İlahiyyat İnstitutunun Himayəçilər Şurasının üzvüdür. Yahu, İlahiyyatın sənə nə dəxli var..? Bu adamın dissertasiya mövzuları ilə tanış oldum və dəhşətə gəldim. Bunlar necə alim olublar..?
Sözün qısası, cənab rektorun uppuzun tərcümeyi-halı aşıqların qoşduğu dastandır. DASTAN dedim, yadıma Şahin Bayramovun Azərbaycan Dövlət İqtisad Universitetində DİSTANT və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışması düşdü. Həə, cənab Şahin Bayramov "Narxoz”da distant təhsil diplomlarının neçəyə satıldığını yəqin ki, bilirsiniz..?
Deməli, bu illər ərzində sizlər külli miqdarda pullar qazanmısınız. Və həmin pulların hesabına Mingəçevir Dövlət Universitetinə rektor təyin olunmusunuz. Hazırda Mingəçevir Universitetində imtahanların qiyməti, kadrların təyinatı sanki açıq bazar qaydaları ilə aparılır. Bu hələ harasıdır..? Cənab rektorun Mingəçevir Dövlət Universitetində təmir, avadanlıqların alınması, mebel-zad adı altında keçirdiyi tenderlər, əsl korrupsiya mənbəyidir.
Məlumdur ki, "Dövlət satınalmaları haqqında” Qanun var. Amma bu qanuna əməl edən yoxdur. İki gün öncə məlum oldu ki, musiqi məktəbi köhnə, dəyəri 300-400 manat olan royal musiqi alətinə 15 min pul verib, yəni kağız üzərində.
Bəli, Mingəçevir Dövlət Universiteti "MAYA-AK İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə əməlli-başlı bazarlıq yapır. Mingəçevir Dövlət Universiteti "MAYA-AK İNŞAAT” MMC ilə cari təmir işləri ilə bağlı 12.02.2021-ci il tarixdə 78770 manat dəyərində müqavilə bağlayıb. Görəsən, cari təmirə 80 min manatı necə ayırmaq olar..? Bu əməkdaşlıq barədə məlumatlar dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,… Mingəçevir Dövlət Universiteti bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir. Niyə məlumat vermir..? Axı, Qanunda bütün bu əməliyyatların şəffaf olması qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir… Bəs cənab rektor niyə tender keçirmədən birbaşa müqavilə imzalayıb..? Belə faktlar kifayət qədərdir ee…biz sadalamaq istəmirik.
Bəli, cənab rektor üçün yüz minlərlə dövlət vəsaitini talamaq, həzmi-rabedən keçirmək olar, amma…
Təsəvvür edirsiniz xristian Avropanın bir çox ölkələrində müsəlman qadınlara hicabla dərsə, işə gəlməyə icazə verilir. Amma bizim cənab rektor Şahin Bayramov gənc tələbə qızın hüququnu pozur. Belə ki, 326 bal toplayan gənc qız Mingəçevir Dövlət Universitetinin "Metodika” ixtisasına qəbul olub. Lakin universitet rəhbərliyi daxili nizamnaməni əsas gətirərək onun sənədlərini qəbul etməyib.
Bu barədə qızın anası deyir: "Qızım bu il Mingəçevir Dövlət Universitetinə qəbul olub. Avqustun 16-da qeydiyyatdan keçmək üçün universitetə getdik. Amma universitetin rektoru hicablı olduğuna görə qızımın sənədlərini qəbul etməyəcəklərini bildirdi. Dedi ki, bizim universitetdə hicab geyinən qızlar təhsil ala bilməz. Bax belə, qızım qaldı havada. Qızımın psixoloji vəziyyətinə görə də narahatam. Biz onu çətinliklə repititor yanına hazırlıqlara göndərmişik, xeyli pul xərcləmişik. İstəmirəm əziyyətimiz batsın”.
İndi gördünüzmü, cənab rektor Şahin Bayramov rüşvəti, korrupsiyanı, dövlət malını mənimsəməni HALAL hesab edir, amma hicabla dərsə gəlməyi qəbul etmir.
Mənbə: Gündəlik Bakı
Qlobal.az