“Rektor Elçin Babayevin yeri yaxın vaxtlarda ya “Bandotdel”, ya da DTX olacaq”
İyun 20
19:50
2022
Dünyada rüşvət və korrupsiyanın mövcud olmadığı ölkə çətin tapılar. Lakin bəzi sahələr var ki, burada rüşvət və korrupsiyanın tüğyan etməsi millətin gələcəyini ciddi təhlükə altına qoyur. Bunlardan ən birincisi məhz təhsil sahəsidir. Çünki bir millətin gələcəyini məhv etməyin ən asan yolu onun təhsilini bərbad vəziyyətə salmaqdan keçir. Təəssüflər olsun ki, Azərbaycanın təhsil sektorunda mövcud olan problemlər gənclərimizin gələcəyinə ağır zərbə vurur. Ölkənin ən aparıcı təhsil müəssisələrindən olan Bakı Dövlət Universitetində baş verənlər isə millət olaraq bizə utancdan başqa bir şey qazandırmır. Belə ki, universitetin rektoru Elçin Babyevin təhsil müəssisəsini böyük rüşvət yuvasına çevirməsi haqqında iddialar var. Tələbələrin bilərəkdən imtahandan kəsilməsi, sonradan rüşvət tələb olunması, bir sözlə onların incidilməsi və psixologiyasına ağır zərbə vurulması məhz BDU rəhbərliyinin idarəçilik prinsipinin əsasını təşkil edir. Bütün bunları təkcə Bakı Dövlət Univeristetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovanın tələbələrdən rüşvət tələb etməsi və bu səbəbdən işdən kənarlaşdırılması faktı təsdiqləyir. Millət vəkili Etibar Əliyevin "univeristet islahatları ilk növbədə BDU-dan başlamalıdır” fikirləri isə bu universitetin rektorunun yerində olmadığına dəlalət edir. Qısacası rektor Elçin Babayev öz "əməlləri” ilə sələfi Abel Məhərrəmovun atasına rəhmət oxutdurur.
Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: "Çox ağıllı və müdrikcəsinə aparılan ideoloji siyasətdir. Ona görə də, bu universitetin rektoru haqqında Korrupsiyaya Qarşı Mübaarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır. Təhsil müəssisəsində tələbədən pul tələb etmək Azərbaycan gəncliyinin tərbiyəsinin pozulmasına səbəb olan amildir. Eyni zamanda təhsil sisteminə ən böyük xəyanətdir”.
Partiya sədrinin sözlərinə görə, Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda "at oynadır”lar. Prezident dəfələrlə rüşvətxorluq və korrupsiyaya qarşı mübarizə aparıldığını vurğulayır. Amma Mehdiyevin komandasının çox hissəsi hələ də müxtəlif vəzifələrdə oturublar. Bu insanlar da ölkədə qarışıqlıq salmaq, insanları incitmək, xalq-dövlət arasında uçurum yaratmaq üçün əllərindən gələni edirlər. Bunlardan biri də Ramiz Mehdiyevin vaxtilə BDU-ya rektor təyin etdirdiyi Elçin Babayevdir. Ona görə də, bunların hamısı tutduğu postlardan kənarlaşdırılmalıdır”.
Qlobal.az
Məsələ ilə bağlı Konkret.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu insanların məqsədi gənc nəsli incidib dövlətin əleyhinə qaldırmaqdır: "Çox ağıllı və müdrikcəsinə aparılan ideoloji siyasətdir. Ona görə də, bu universitetin rektoru haqqında Korrupsiyaya Qarşı Mübaarizə Baş İdarəsinə şikayət ünvanlamaq lazımdır. Tələbələrdən rüşvət alan yerdə tutmaq lazımdır ki, ağılları başlarına gəlsin. Çünki bu cür rektorlar Azərbaycanın üz qarasıdır. Təhsil müəssisəsində tələbədən pul tələb etmək Azərbaycan gəncliyinin tərbiyəsinin pozulmasına səbəb olan amildir. Eyni zamanda təhsil sisteminə ən böyük xəyanətdir”.
Hafiz Hacıyev əlavə edib ki, rektor Elçin Babayev o yerə layiq olmayan adamdır: "Dövləti və dövlətçiliyi sevdiyimizə, eləcə də gələcək nəslin tərbiyyəli-savadlı olmasına görə deyirik ki, Bakı Dövlət Universiteti kimi bir təhsil ocağı bu adamın (Rektor Elçin Babayev – red) yeri deyil. Onun yaxın vaxtlarda yeri ya "Bandotdel”, ya da "DTX” olacaq”. Çünki bu cür insanlara qarşı çox ciddi mübarizə aparmaq lazımdır”.
Qlobal.az