“Reklam və yalançı vədlərlə aldadıldıq” - Xırdalandakı yeni binadan şikayət (FOTOLAR)
Avqust 15
17:28
2022
Xırdalan şəhərinin mərkəzində, "Heydər parkı”nın qarşısındakı yeni binada yaşayan sakinlər redaksiyamıza şikayət məktubu ünvanlayıb. Onlar bildirirlər ki, tikintisi 2006-cı ildən başlayan 21 mərtəbəli (layihə üzrə isə 18 mərtəbəli) yaşayış binası vətəndaşların istifadəsinə verilsə də, binanın tamamlama işləri yekunlaşmayıb, binada yaşayanlar isə ciddi problemlərlə qarşılaşıblar.
Sakinlərin sözlərinə görə, "MV İnşaat” MMC-nin vaxtilə payladığı bukletlərdə yazılıbmış ki, şirkət tam yararlı və yüksək keyfiyyətli bina inşa edəcək. Vəd edilibmiş ki, qaz, işıq su sayğacları, 3 ədəd İtaliya istehsalı olan lift quraşdırılacaq, zirzəmidə avtomobil dayanacaqları, qəza elektrik generatorları, mərkəzləşdirilmiş istilik sistemi olacaq. Vətəndaşlar iddia edirlər ki, bu vədlərə əməl edilməyib, insanlar reklam və yalançı vədlərlə aldadılıb.
Məktubda qeyd edilir ki, mənzilləri alan vətəndaşlardan külli miqdarda pul vəsaitinin qəbul edilməsi müqabilində vergi qanunvericiliyi tələblərinə uyğun ciddi maliyyə sənədi, o cümlədən şirkətə aid rəsmi kassa mədaxil orderləri təqdim edilməyib, nəticədə külli miqdarda vəsait vergidən yayındırılıb.
Məktubda daha sonra yazılır:
"Bundan başqa, bütün sakinlərin mülkiyyət hüquqları pozulmuş və mənzil sahibləri hələ də mülkiyyət hüququnu təsdiq edən sənədlə (çıxarışla) təmin edilməyib. Daha acınacaqlısı isə mənzillərdə yaşayanlardan heç kimin yaşadıqları mənzillərinə qeydiyya alınmamasıdır ki, bu da "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun ciddi şəkildə pozulmasıdır. Binada yaşayan sakinlərin qeydiyyata alınmaması onların həmin ərazi üzrə seçici siyahısına düşməməsinə səbəb olub. Bu isə həmin sakinlərin seçki hüququnu məhdudlaşdırmaqla, onların konstitutsiya hüququnun kobud şəkildə pozulmasına şərait yaradıb”.
Sakinlər bildirirlər ki, binada sakinləri narahat edən ciddi problemlər mövcuddur. Layihədə nəzərdə tutulmuş "Montanari” markalı İtaliya istehsalı olan sürətli 1 ədəd yük və 2 ədəd sərnişin liftlərinin əvəzinə markası məlum olmayan aşağı keyfiyyətli iki lift (sərnişin və yük) təhlükəsizlik qaydalarına əməl edilmədən, standartlara uyğun olmayaq quraşdırılıb. Lift tez-tez bu və digər səbəblərdən sıradan çıxır, sakinlər dəfələrlə gözlənilmədən dayanan liftdə qalmalı olurlar. Üçüncü lift isə ümumiyyətlə, quraşdırılmayıb, hər mərtədəbədə liftə giriş qapıları diktlərlə qapadılıb. Sakinlərin iddiasına görə, həmin binaların mərtəbələrarası pilləkənləri bərbad vəziyyətdədir, daxili divarlara boya çəkilməyib. Ehtiyat su anbarı vaxtında təmizlənmir, komunnal xidmət göstərən işçilər yoxdur, ayrıca elektrik transformatoru, fövqəladə hallar üçün nəzərdə tutlmuş generator yoxdur, binanın həyəti bərbad vəziyyətdədir.
Sakinlərin sözlərinə görə, hər mənzil üçün standarta uğyun olan elektrik sayğaclarının olmaması səbəbindən sakinlərdən elektron qaimə faktura ödəmədən hər kv/saat üçün 0.11 AZN-dən (qeyri-əhali üçün tarif üzrə) pul toplanır. Əvəzində isə heç bir hüquqi və maliyyə yükü olmayan kağız "qəbzlər” təqdim olunur. Bu "sənəd” komunnal ödənişlər üçün də tətbiq edilir. Halbuki, sakinlərdən elektrik sayğacları da daxil olmaqla əlavə olaraq 850 AZN alınıb və əvəzində heç bir sənəd təqdim olunmayıb. Binanın həyətinin balaca olması isə həm avtomobillərin saxlanılmasına, həm də Təcili Tibbi Yardım maşınlarının həyətə daxil olmasına mane olur.
Sakinlər sual edirlər: bu qədər problemi olan çoxmənzilli yaşayış binasının istismara hazırlığı barədə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları 0420 nömrəli, 29 mart 2020-ci il tarixli rəyi hansı əsaslarla verilib. Eyni zamanda 31 mart 2020-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı tikinti obyektinin istismarına icazəni hansı yoxlamalar əsasında verib?
Sakinlər dəfələrlə "MV İnşaat” MMC-ni idarə edən şəxslərə Vurğun Kazimova və "komdedant” funksiyasını daşıyan Musa Məmmədova şikayət etsələr də, nəticəsi olmayıb. Biz də öz növbəmizdə şirkətin icracı direktoru Rüfət müəllimlə əlaqə saxlayıb, qarşı tərəfin də mövqeyini işıqlandırmaq istədik. Rüfət müəllim isə bizə Musa Məmmədovun nömrəsini verdi. Musa Məmmədovun cavabı isə belə oldu: "Mən artıq orada çalışmıram”. İcraçı direktorun öz iş yoldaşının işdən çıxmasından xəbərsiz olması bizə bir az təəccüblü görsəndi.
Yazıda adı çəkilən qurumların Fövqəladə Hallar Nazirliyi və Abşeron rayon İcra Hakimiyyətinin məsələ ilə bağlı mövqeyini öyrənmək təəssüf ki, mümkün olmadı.