Reket bloger Ata Abdullayevin həbs müddəti uzadıldı
İyul 13
21:00
2021
Səbail rayon Məhkəməsində Ata Abdullayevin barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
"Ölkə.Az" APA-ya istinadən xəbər verir ki, məhkəmə istintaq orqanının təqdimatını təmin edib, A.Abdullayev barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.



