SON XƏBƏR

“Rəisin otağına girən kimi ciblərimi çölə çıxartdım, oturdum”

Sentyabr 30
19:51 2016
Bu gün bloqqer Mehman Hüseynov Bakı Şəhər Polis İdarəsinə çağırılıb. İdarədə onunla 1 saata yaxın söhbət edilib. 
 
Bu barədə Mehman Hüseynov sosial şəbəkədə açıqlama yayıb. O, idarəyə bəzənib getdiyini bildirib:
 
"Rəisin otağına girən kimi şalvarın ciblərini çölə çıxartdım, oturdum onunla üzbəüz. Polis işçisi gülərək sual verir ki şalvarın cibini niyə belə edibsən? Deyirəm bu təzə dəbdi, özqm kəşf etmişəm, şəhərdə belə gəzirəm. Polis idarəsinə də belə gəlmişəm, fikirləşdim ki, birdən sehirli çubuğunuzu işə salıb cibimnən iqruşka zad çıxardadız. Möcüzə baş verdi, cibimdən tank, şəkər tozu, un heçbirşey çıxmadı”.
 
Milli Məclisin bugünkü iclası, SANCAQ-ı bağlatdırmaq məsələsi və günün sonunda polis idarəsinə çağırış heç də təsadufi deyil.
 
Yenə mənə ölkədə analoqu olmayan inkişaf haqqında nağılları danışıblar. Mənə deyirlər ki haqq yoluna gəl, özüvü təhlükəyə atma, bu xalqa görə dəyməz nəsə eləmək, gələcəyini düşün, sənə işıqlı gələcək qura bilərik və s.
 

 
Bu cür təklifləri, vədləri çox eşitmişəm. Hamısından dərxal imtina eləmişən. Mənə nə onların varlığı, nə işıqlı gələcəyi heç nəyi lazım deyil.
 
Polis idarəsində bildirdim ki biz istəyirik ki normal ölkədə yaşayaq, vətəndaşlara dəyər verilsin, iş yerləri açılsın, rüşvətxorluq, qanunsuzluq, məmur özbaşnalığı olmasın. Normal təhsilimiz, səhiyyəmiz olsun. Bütün günü oturubsuz isti kreslolarda arada bir pəncərədən baxın görün ölkəni nə günə qoyublar. İşsizlik, pulsuzluq, ərzaqların qiyməti günü gündən qalxır, camaat acınnan günorta durur. Buna necə göz yuma bilərik?
1 saat söhbət edib gördülərki "ağıllanan” deyiləm və uzatmadan sərbəst buraxdılar. 
 
Mən heç bir qanunsuz işlə məşğul olmuram, düşünürəm ki mən doğru yoldayam və heç nə və heç kim məni bu yoldan döndərə bilməz. Odur ki, SANCAQLamağa davam!
 
Verdiyiniz dəstəyə görə isə hamınıza bir-bir təşəkkürümü bildirirəm."
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook