Rəisi etiraz aksiyasının iştirakçılarını hədələdi
Dekabr 27
17:56
2022
"İrandakı mövcud quruluşa hücum etmək istəyən düşmənlərimizə layiqli cavabları verilir".
Qlobal.az "Report"a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Fatimeyi-Zəhranın vəfatı ilə əlaqədar keçirilən tədbirdə ölkədəki etiraz aksiyalarından bəhs edərkən deyib.
Onun sözlərinə görə, müstəmləkəçilər və böyük dövlətlər azadlıq, aldadıcı şüarlarla xalqa yoxsulluq və zillət gətirirlər. İ.Rəisi ölkədəki uğurların İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin və onun başçılıq etdiyi rəhbərliyin sayəsində əldə edildiyini, çatışmazlıqların imansızlara aid olduğunu vurğulayıb.
İran Prezidenti dünyada korrupsiyanın, ədalətsizliyin və fironçuluğun hökm sürdüyünü bildirərək deyib: "Bu müharibədə şahçılar, ikiüzlülər, təkəbbürlü insanlar öz rollarını oynadılar".
İ.Rəisi həmçinin kütləvi informasiya vasitələrini "cahilliyi təbliğ etməkdə" və "düşmən" adlandırdığı etirazçıları ittiham edib.