SON XƏBƏR

Rəisi Baydenə cavab verdi - "İran “sağmal inək” olmayacaq"

Noyabr 04
16:08 2022
İran prezident İbrahim Rəisi Co Baydenə cavab verib.

APA İRNA-ya istinadən xəbər verir ki, Rəisi Baydenə İranın 43 il əvvəl azad olduğunu xatırladıb.

"ABŞ prezidenti Co Bayden İranı azad etməyə hazırlaşır, lakin İran artıq 43 il əvvəl azad olunub”, - İran prezidenti əlavə edib.

O qeyd edib ki, İran ABŞ-ın əsiri olmayacaq, ölkəsi ABŞ əsarətində qalmamağa qəti qərar verib və heç zaman ABŞ üçün "sağmal inək” olmayacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook