“Rəisə işçilərdən xəbər aparmadığım üçün əmək müqaviləsinə xitam verildi”
Sentyabr 30
12:33
2022
"Qida Təhlükəsizliyi Agentliyinin Tovuz Regional Bölməsinin idxal və ixraca nəzarət sektorunun baş məsləhətçi kimi çalışırdım. Amma cəmi 3 ay işləyə bildim. Hüseyn Abdullazadə regional bölməyə rəis təyin olunandan sonra mənə dedi ki, işçilərlə bağlı ona tez-tez məlumatlar verim. Razılaşmadığıma görə də əmək müqaviləmə xitam verildi”.
"Mənə deyirdi ki, işçilərdən xəbər aparım, rüşvət aldığına dair sözlər deyim. Halbuki mənim əlimdə hər hansı bir işçinin rüşvət alması ilə bağlı məlumat olmayıb. Müqaviləmə xitam veriləndən sonra da təklif etdi ki, işçilərlə bağlı onun tələb etdiyi kimi danışsam, məni işə qaytaracaq. Mənimlə bərabər işə girənlərin hamısının əmək müqaviləsi uzadıldı. Bunu təsdiq edən sübutlarım da var”.
Şikayətçi deyib ki, bununla bağlı agentliyin rəhbərliyinə, eləcə də Ombudsman Aparatına müraciət edib:
Hüseyn Abdullazadə isə şikayətlə bağlı danışmaq istəməyib. Bildirib ki, heç kimi işdən azad etmir. Bu məsələyə Qida Təhlükəsizliyi Agentliyi baxır.
Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Mənsuz Piriyev rəsmi sorğu göndərilməsini tələb etsə də, göndərilən suallar cavablandırılmayıb.
Qlobal.az