Rəis ofisində gizli kamera ilə tutulub - Saxta sənəd verdiyi şəxs ölkədən necə çıxıb?
Dekabr 31
01:14
2024
Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Ağır cəza alan sabiq rəisin əməlləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən quraşdırılan gizli kamera vasitəsi ilə aşkar edilib.
Musavat.com xəbər verir ki, Yevlax rayon qeydiyyat şöbəsinin sabiq rəisi Elşən Quliyevə Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma, təkrar törədildikdə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə ittiham elan edilib.
Araşdırmalar zamanı məlum olub ki, Elçin İsmayılov adlı şəxsin Rusiyaya girişinə qadağa qoyulub. E.İsmayılov ad və soyadını dəyişdirərək sərhədi keçməyi planlaşdırıb. Bunun üçün tanışı Nəriman vasitəsi ilə Elşən Quliyevə müraciət edib. Elşən Quliyev ona ad və soyadını dəyişdirə biləcəyini vəd edib, buna görə 2 min manat rüşvət istəyib. Həmin məbləği də öz xidməti otağında alıb.
Bundan başqa, Vüsal adlı şəxsdən isə ölkədən çıxışına qoyulmuş qadağanı Daxili İşlər Nazirliyindəki tanışları vasitəsi ilə aradan qaldıracağına yalan vəd edərək 8 min manat, daha sonra isə ad və soyadını dəyişdirməyə kömək edəcəyini deyərək 2 min manat pul alıb. Qardaşı vasitəsi ilə işin həlli üçün əlavə 4 min manat lazım olduğunu xəbər göndərib və həmin məbləği də əldə edib.
Elşən Quliyev özünü Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə tam təqsirli bilsə də, 312-2.1-ci maddəsilə təqsirli bilməyib. Amma hər iki şəxsdən pul aldığını etiraf edib.
Əlavə edib ki, hər iki şəxsə yalan vəd verib, amma Daxili İşlər Nazirliyində heç bir tanışı olmayıb. E.Quliyev bu işdə qardaşının adının hallanmasını istəməyib. Bildirib ki, qardaşı Vüsaldan onun istəyi ilə əlavə olaraq 4 min manat pul tələb edib. Burada əsas məqsədi isə vaxt uzatmaq olub. Çünki Vüsalın ölkədən çıxışına qoyulmuş qadağanın aradan qaldırılması üçün heç bir iş görə bilməyib.
Şahid Elçin İsmayılovun ifadəsindən məlum olub ki, ad və soyadının dəyişdirilməsindən sonra saxta sənədlərlə Rusiyaya gedə bilib.
E.İsmayılov əlavə edib ki, rəis Elşən Quliyevin Vüsal adlı şəxsdən də pul istəməsindən xəbərdar olub. Onun sözlərinə görə, Vüsal istənilən məbləğ çox olduğu üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Vüsalın üzərinə gizli kamera quraşdırılıb və E.Quliyevin yanına göndərilib. Bundan sonra E.Quliyev cinayət başında saxlanılıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən Quliyev hər iki maddə ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qlobal.az