SON XƏBƏR

Rəis işdən çıxarıldı - Nazir onun vəzifəsini də generala tapşırdı

May 24
14:20 2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin rəisi Ülvi Əhəd oğlu Mirzoyev vəzifəsindən azad edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, FHN-nin Tibb Mərkəzinin rəisi vəzifəsinin icrası general-mayor Rəfail Mehdiyevə tapşırılıb. 

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb. 

Qeyd edək ki, polkovnik Xanım Sofiyeva vəzifəsindən azad edildikdən sonra ötən ilin iyun ayında Ülvi Mirzoyev FHN-nin Tibb Mərkəzinin rəisi təyin edilmişdi. 

Xatıradaq ki, bu ilin mart ayında polkovnik-leytenant Vəfa Dadaşovanın istefasından sonra ədliyyə general-mayoru Rəfail Mehdiyev FHN-in Tibb Xidmətinə rəis əvəzi təyin edilib.
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook