SON XƏBƏR

“Reina” qatili belə ələ keçirildi – Video

Yanvar 17
11:06 2017
Yeni il gecəsi 39 nəfərin həlak olduğu "Reina” qətliamını törədən "Əbu Məhəmməd Əl Xorasani” kod adlı terrorçu dünən gecə İstanbulda yaxalanıb.
 
Axar.az xəbər verir ki, kəşfiyyat məlumatları əsasında terrorçunun Esenyurd rayonunda yaşadığı ünvanda əməliyyat keçirilib.
 
Ünvana basqından öncə terrorçunun gizləndiyi məkan 24 saat kənardan izlənilib.
 
Xorasanidən başqa Qırğızıstan əsilli başqa bir terrorçu, Seneqaldan olan 27 yaşlı Dina A., Somalidən olan 27 yaşlı Ayşə M. və Misirdən olan 26 yaşlı Tene Trare adlı 3 qadın da yaxalanıb.
 
Əməliyyatla bağlı digər bir maraqlı məqam isə terrorçuların izinə düşmək üçün polisin xeyli səy göstərməsi olub.
 
Yaradılan xüsusi qrup hücumdan sonra 16 gün boyunca terrorçunun İstanbula gəldiyi gündən etibarən təxminən 100 min saat təhlükəsizlik kamerası görüntülərini araşdırıb.
 
Bu araşdırmadan sonra İŞİD-in İstanbulda xeyli tərəfdarının olduğu üzə çıxıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook