Regional Tibb Xidmətinin rəisinin xanımına qarşı külli miqdarda dələduzluq – 390 minlik cinayət işi
Sentyabr 13
12:25
2023
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən lombard sahibi Adilə Nəsibovanın (soyad şərti) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə 1979-cu il tarixdə İsmayıllı rayonu, Təzəkənd kəndində anadan olmuş "lombard Adilə” kimi tanınan şəxs 6 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Adilə vətəndaşların etibarından sui-istifadə edərək 390 min manatdan artıq dələduzluq edib. İttiham aktına əsasən, Adilə Ayna Sultanova adlanan ərazidə Namiq Məmmədovun rəhbərliyi ilə fəaliyyət göstərən lombardda işləyib. Pandemiya dövründə müdir vəfat etdiyi üçün lombardı tək işlətməyə başlayıb. Lakin tək işləyə bilmədiyi üçün müxtəlif tanışlarına bu sahəyə yatırım edərək, qazanc götürməyi təklif edib və nəticədə onların külli miqdarda pulunu mənimsəyib.
Zərərçəkmişlər arasında əri Müdafiə Nazirliyində vəzifədə işləyən İlhamə adlı həkim də olub. Onun polkovnik-leytenant rütbəli Cahangir (ad şərti) adlı həyat yoldaşı 2021-ci ildə Bərdə Rayon Regional Tibb Xidmətinin rəisi işləyib. Bakıda həkim işləyən İlhamə Adilə ilə şərikli lombard biznesinə başlamaq üçün evini 180 min manata satıb. Adilə isə həmin vəsaiti ələ keçirərək, mənimsəyib. Yaş həddi ilə əlaqədar pensiyaya çıxan və hazırda Müdafiə Nazirliyində mülki vəzifədə çalışan Cahangir həkim xanımı ilə bərabər Adilədən şikayətçi olduğunu bildirib.
Adilə əmlakçı kimi fəaliyyət göstərən şəxəsə 50 min, Türkiyədə bizneslə məşğul olan tanışına 71100 manat, daha iki şərikinə 40 və 15 min manat, "RR Travel” adlı turizm şirkətin sahibinə 15 min manat, bizneslə məşğul olan şəxsə 41500 manat, uşaq paltarı satan şəxsə 22 min 500 manat və digərlərinə külli miqdarda maddi ziyan vurub.
Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək deyib ki, 14 il valyutadəyişmə məntəqəsində işləyib. Sonra valyutadəyişmə məntəqəsi bağlanıb və müdiri Namiq Məmmədovla birlikdə Ayna Sultanova ərazisində lombard açaraq işlədiblər. Pandemiya zamanında müdiri rəhmətə getdiyi üçün lombardı tək işlətməyə başlayıb. Lakin tək işləyə bilməyib və həmin yeri köşk olaraq surətçıxarma və s. işlər kimi işlətməyə başlayıb. Buna baxmayaraq, əvvəlki müştəriləri ona qızıllarını girov kimi veririrmiş. Adilə iddia edib ki, zərərçəkmiş şəxslər ona borc pul yox, sələm veriblər. Sonra faizlər toplanıb, məbləğ böyüyüb. Adilə zərərçəkmiş şəxslərə dəyən zərəri qismən ödədiyini də deyib.

Qlobal.az