SON XƏBƏR

Region TV-də kütləvi ixtisarlar – Qarabağ bürosunun bağlanması xəbəri yayıldı

Yanvar 25
12:21 2016
Region TV-də kütləvi ixtisarlar – Qarabağ bürosunun bağlanması xəbəri yayıldı Region TV-də kütləvi ixtisarlar olub.
 
AzNews.az-a daxil olan məlumata görə, televiziya kanalının tərkibində olan, Yevlaxda fəaliyyət göstərən EL TV-nin 20-yə yaxın əməkdaşı işdən azad edilib. Buna səbəb kimi maliyyə böhranı göstərilib.
 
İşdən çıxarılanlar arasında TV-nin Qarabağ bürosunun əməkdaşları da var. Məlumata görə, onların işdən azad olunması Qarabağ bürosunun bağlanması deməkdir.
 
Region TV-nin mətbuat xidmətinin rəhbəri İsmayıl Həsənov TV-nin bir neçə əməkdaşının işdən çıxarılması faktını AzNews.az-a təsdiqləyib: "Həmin işçilərin sayı 20 deyil, bir neçə nəfərdirlər. Onların müqavilə müddəti bitib və uzadılmayıb. Qarabağ bürosunun əməkdaşı isə artıq TV-nin tərkibində fəaliyyət göstərəcək. Yəni, büro bağlanmayıb”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook