Referendumla bağlı keçirilən ikinci sorğunun nəticələri açıqlandı
Sentyabr 09
01:47
2016
Professor Qüdrət İsaqovun rəhbərlik etdiyi müstəqil ekspert qrupu 26 sentyabrda keçiriləcək ümumxalq səsverməsi- referendumla bağlı seçicilər arasında ikinci sorğunu keçirib.
Qeyd edək ki, ekspert qrupunun əsas fəaliyyəti referenduma hazırlıq və referendumun keçirilməsi prosesində aşağıda göstərilən mühüm sahələri əhatə edir:
1. Müxtəlif kateqoriyalı seçici qrupları arasında sorğular keçirilir.
2. Referenduma hazırlıq mərhələsində müşahidələr və monitorinqlər aparılır.
3. Seçicilərə referendumun mahiyyətini şərh edilır və onlarla müzakirələr aparılır.
4. Seçicilər referendumda iştirak etməyə çağırılır.
5. 26 sentyabrında respublikanın müxtəlif ərazilərində referendumu müşahidə ediləcək.
Qrupun proqramının 1-ci bəndinə uyğun olaraq 41 və 43 saylı seçki dairələrinin ərazilərindəki 10, 11, 12, 13, 17 və 18-ci mikrorayonların məhəllələrində 1760 respondent arasında referendum haqqında sorğu keçirilib. Bu dəfə əksəriyyət referendumun keçiriləcəyi haqda məlumatlı olduğu üçün sorğuda cəmi bircə sual qoyulub.
Sentyabrın 26-da keçiriləcək referendumda iştirak edəcəksinizmi?
Respondentlərin 75 faizi seçkidə iştirak edəcəklərini, 15 faiz seçkiyə gəlməyəcəyini, 10 faiz isə hələ fikirləşdiklərini bildiriblər.
Rəyi öyrənilən seçicilər ekspert qrupuna referendum haqqında çoxlu suallar veriblər. Seçicilərin sualları qrup tərəfindən ətraflı cavablandırılıb.
Seçicilərin dedikləri maraqlı fikirləri və problemləri oxucuların və hökumətin diqqətinə çatdırırıq. Ümid etmək istərdik ki, bununla da sakinləri narahat edən problemlərin həllinə yardımçı olarıq.
- Mən Sumqayıtı quran-tikən adamlardan biriyəm, əmək veteranıyam. Amma ayda cəmi 200 manat pensiya alıram. Belə yaşamaq çox çətindir.
- Biz burada kabab iyindən boğuluruq.
-B iz deputatımızın üzünü də görməmişik.
- Gənclərimiz arasında çoxlu işsiz var.
- Niyə vəzifə sahibləri seçkiylə əlaqədar olaraq insanlarla görüşmürlər?
- Niyə insanlar ancaq seçki vaxtı yada düşürlər?
- Həyətimizdəki bu çala-çuxurlar 10 ildi ki, təmir olunmur.
- Hökumət bütün mikrorayonlarda asfalt vurur, təmir aparır. 11-ci mikrorayonda heç bir iş görülmür.
- Bizim 11-ci mikrorayonda elektrik naqilləri çox pis çəkilib. Onlar birbaşa dəmir dirəklərə bağlanıb. Bu çox qorxuludur.
41 və 43 saylı seçki dairəsinin məhəllələrində qrupumuz tərəfindən sorğuladığımız və referenduma çağırış etdiyimiz insanlarla birgə çəkdirdiyimiz şəkillər:







Qlobal.az



