SON XƏBƏR

Referendumla bağlı keçirilən dördüncü sorğunun nəticələri açıqlandı

Sentyabr 19
09:45 2016
Professor Qüdrət İsaqovun təçəbbüsü ilə yaradılan müstəqil ekspert qrupu Sumqayıt şəhərindəki mərkəzi bazarda və yarmarkada kənd təsərrüfatı məhsulları satan insanlar və alıcılar arasında referendumla bağlı sorğu keçirib.  
 
Qeyd edək ki, bu sorğu ekspert qrupunun referendumla bağlı keçirdiyi sayca dördüncü sorğudur. Sorğuda 750 nəfər respondent iştirak edib. Bunlardan 314 nəfəri satıcı, 436 nəfərini isə alıcı təşkil edib. 

Sorğuda respondentlərə aşağıdakı suallarla müraciət olunub:

1.Sentyabrın 26-da Respublikamızda keçiriləcək dövləti əhəmiyyətli tədbirin adı nədir? 
 
2. Referenduma gələcəksinizmi? 

 

Rəyi soruşulan satıcı respondentlərin 97%-i respublikamızda referendum keçiriləcəyini, 3%-i isə 26 sentyabrda hər hansı mühüm dövlət tədbiri keçiriləcəyi haqqında məlumatları olmadığını bildiriblər. 
 
Alıcı respondentlərin 98%-i respublikada referendum keçiriləcəyini, 2%-i isə 26 sentyabrda hər hansı mühüm dövlət tədbiri keçiriləcəyi haqqında məlumatları olmadığını vurğulayıb. 

Satıcı respondentlərin 85%-i referenduma gələcəklərini, 11%-i referendumda iştirak etməyəcəklərini, 4%-i isə fikirləşəcəklərini, alıcı respondentlərin 81%-i referenduma gələcəklərini, 13 faizi referendumda iştirak etməyəcəklərini, 6%-i isə fikirləşəcəklərini bildiriblər.  

 
 
Rəyi soruşulan respondentlərin referendumla və prezidentlə bağlı maraqlı fikirləri də olub; 
 
-Biz Prezidentimizin iradəsinə qarşı getmərik. 
 
-Prezidentimiz deyibsə ki, referendum olmalıdı, deməli olmalıdı. 
 
-İlham Əliyev bilən məsləhətdi. 
 
-Allah Prezidentimizin canını sağ eləsin. O, nə desə biz razıyıq. 
 
-İlham Əliyevin getdiyi yola hə deyirik...
 
-Xahiş edirik Prezidentimizə  çatdırın ki, biz onun xətrini çox istəyirik. 
 
-Arzu edirik Prezidentimiz tezliklə Qarabağı alsın. 
 
-Xahiş edirik Prezidentimizə deyin pensiyalarımızı, əməkhaqqlarımızı artırsın.  

 


Müstəqil Ekspert qrupunun rəhbəri  
Prof.Dr. Qüdrət İsaqov
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook