SON XƏBƏR

Rəcəb Tayyib Ərdoğandan daha bir Qarabağ AÇIQLAMASI

Aprel 03
15:37 2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağdakı gərginliklə bağlı növbəti açıqlamasını verib. Qaynar.info xəbər verir ki, ABŞ səfərini başa vuran dövlət başçısı hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Marilandda bir azərbaycanlı jurnalistin (ANS-in aparıcısı) ona sual verən zaman duyğulandığını bildirən Ərdoğan "Marilandda bir olay oldu. Azəri jurnalist Ermənistan - Azərbaycan sərhəddindəki atışmalar nəticəsində ölən 12 qardaşımızla bağlı verdiyi sual verənərkən gözlərindəki yaşı görəndə duyğulanmamaq mümkün deyildi. O da jurnalistdi, burdakılar da. Jurnalistlik bu ölkənin prezidentini söymək deyil, ailəsini söymək deyil. Orda gördüyüm tablo dərs olmalıdı" deyib. 

Ərdoğan Ermənistanla Azərbaycan arasında atəşkəsin elan edilib-edilməməsi ilə bağlı suala belə cavab verib: "Mən hadisəni eşidən kimi İlham Əliyev qardaşıma zəng etdim. Ona başsağlığı verdim. Atışmalar davam edirdi. Atəşkəslə bağlı bir az öncə məlumat aldım. Ermənistan tərəfi atəşkəsi pozsa, Azərbaycan onlara cavab verməyə hazırdır".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook