SON XƏBƏR

Rəcəb Babaşovun himayədarlıq etdiyi, “neqodnı” Vüqar Nəbiyevin mülkləri və obyektləri üzə çıxdı (FOTO)

İyul 20
17:11 2022
Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyevin rayonda bir neçə yerdə obyektlərinin, villaları, kafe və restoranının olduğu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, V.Nəbiyevə məxsus olan obyektlər ailə üzvlərinin adına rəsmiləşdirilib.

Həmin siyahını təqdim ediirk.

1) Rayonda Dəmiryolu vağzalının yaxınlığında "Şok Ucuzluq” Market.

 

2) Dəmiryolu vağzalına yaxın yolun kənarında "Qala” restoranı.
 


3) Qazaxda xristian qəbiristanlığı tərəfdə Villa
 


4) Qazax Poçt Filialının yanındakı binalarda 3 ədəd mənzil.

5) Qazaxda "Təzə məhəllə” deyilən sahə daha bir villa

6) Park İstirahət Mərkəzində "Yaşıl Çayxana”

 
 
7) Fəvvarələr Parkında yerləşən internet klub.

 

8)Bundan əlavə Bakı şəhərində yeni tikili binalarda 2 ədədə mənzilə də sahib olduğu iddia olunur.

Saytımıza verilən digər məlumatda bildirilir ki, Vüqar Nəbiyev müddətli həqiqi hərbi xidmətdə olmayıb. Onun namizədliyi Qazax icra başçısı tərəfindən irəli sürülüb və bu günə qədər himayə edilir.

Xatırladaq ki, mətbuatda gedən məlumatda Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və bir neçə işisi barəsində cinayət işinin açıldığı iddia olunmuşdu.

Belə ki, prokurorluq tərəfindən rayonun idman idarəsində aparılan ilkin yoxlamalar zamanı külli-miqdarda dövlət vəsaitinin mənimsənilməsi və ölçüyəgəlməz koorrupsiya halları üzə çıxıb.

Məlumata görə, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev və idarənin mühasibi Aybəniz Orucova, Baş məhsləhtçi Səba Nəbiyevaya və digər vəzifəlilərə bir neçə maddə üzrə cinayət işi açılıb, prokurorluqda araşdırmaların aparıldığı bildirlir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook