SON XƏBƏR

REAL DSK-larda təmsil olunacaq

Mart 30
12:49 2021
REAL Dairə Seçki Komissiyalarında təmsil olunacaq.

Bu barədə REAL sədri İlqar Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, partiyanın 37-i üzvü DSK-na təqdim olunacaq: "Respublikaçı Alternativ Partiyası özünün daha bir vacib nailiyyətinin rəsmi təsdiqini alıb. Bildiyiniz kimi, martın 1-də Mərkəzi Seçki Komissiyasına məktub göndərmişdik. Dairə Seçki Komissiyalarının 37 üzvünün REAL-ın təqdimatı ilə vəzifəyə təsdiqlənməli olduğunu bildirmişdik. MSK katibi Mikayıl Rəhimovdan aldığım cavab məktubunda bu hüquqi mövqeyimizin doğru olduğu göstərilir. REAL Dairə Seçki Komissiyalarına 37 üzv təqdim edəcək”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook