Razi Nurullayevin AXCP-sində nə baş verir?
Avqust 06
07:02
2016
"Bura pula görə gələn insanlardan təmizlənir və təmizlənmə davam edəcək”
Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin buraxıldığı, bir neçə partiya üzvünün bəyanat yaydığı haqda "Xural” saytı dünən geniş yazı yayıb. Yazıda qeyd edilir ki, Razi Nurullayevin iki müavini onu tərk edərək istefa veriblər, müavinlərdən Cavid Musazadə hətta bütün AXCP-nin buraxıldığını iddia edib. Sayt Cavid Musazadədən sitatlar qeyd edib:
"AXCP-də olan haqsızlıqlar nəticəsində məni AXCP Suraxanı şöbəsindən xaric etmişdilər. Sonra heç bir təşkilatçılığım olmadan gənclər toparlanıb məni müdafiə etmişdilər. Sonra bizi AXCP Nərimanov şöbəsinə bərpa etmişdilər. Sonra bir müddət keçdi, oradan da Məmməd İbrahimin təşkilatçılığı ilə xaric edildik. Onların bu oyununa görə birləşib təşkilata sahib çıxmaq istəmişdik. Ancaq bütün zəhmətimiz hədər getdi. Fundamental olaraq cəbhəçi olmayanların Cəbhəni mənimsəmək planı və Cəbhəni iflic bir quruma çevirməsi bizi olduqca narahat etdi. Kərimlini ittiham etdikləri bütün ittihamlardakı qınaqlarda göstərilən iddiaları bu gün bunların özlərinə etmək mümkündür. Həm də ondan qat-qat artıq şəkildə.
Beləliklə, Cəbhə arxivləşdi. Saxta cəbhələrdə təmsil olunmaq istəmədiyimiz üçün artıq bu təşkilatların da hüquqi varlığı dövlət tərəfindən tanınmadığına görə, rəsmi arxivləşdiklərinə görə biz də bu qurumları buraxılmış hesab edirik. Cəbhəçi fəaliyyətimizi dayandırıb müstəqil fəaliyyətimizi formalaşdıracağıq. Dostlarımızla bərabər referendumla bağlı təşviqat qrupunu elan edəcəyik. Dövlətçiliyi əsas prinsip götürən, qrup, firqə maraqlarından, şəxsi maraqlardan uzaq olan dostlarımızla əməkdaşlığa hazırıq.
Biz o formalaşmamış partiyanı buraxdıq. Formalaşan hissəsini də biz qurmuşduq, mənfəətini başqaları götürmüşdü. Bizə heç 1 faizi düşməmişdi. Özlərini qurucu elan etmiş Razi Nurullayev, Rafiq Daşdəmirli və digər bir-iki ”siyasətçi"lərin adamı, ətrafı və tərəfdarı varsa, bizim keçirdiyimiz o qurultayın tən yarısı səviyyəsində bir tədbir keçirsin. Heç tən yarısını da demirəm, 100-150 nəfərlik bir dinc tədbir keçirib indi özlərini təsdiq etsinlər görək".
Sayt sədr müavini kimi təqdim etdiyi Fəxrim Abduləzimovun istefa verdiyini yazıb. F.Abduləzimovun da partiyanın sədri Razi Nurullayevə qarşı ittihamlar yağdırdığını qeyd edib.
Razi Nurullayev isə "Yeni Müsavat”a açıqlamasında dedi ki, ona və partiyasına qarşı irəli sürülən ittihamların heç bir əsası yoxdur: "Sadəcə olaraq, partiyaya əqidə, demokratiya uğrunda mübarizə aparmaq üçün deyil, pul qazanmaq məqsədi güdərək gələn şəxslərin təmizlənməsi gedir. Bu isə əslində partiyanın xeyrinədir, partiyanın sıralarında olan bu cür adamların sıradışı olması lazımdır. Mənə və AXCP-yə qarşı irəli sürülən fikirlər cəfəngiyyatdır. Partiyanın buraxıldığını elan etmək isə gülünc və qeyri-professional fikirlərdir. Bu gün partiya gücünü saxlayır, partiyamız bütövdür və AXCP-nin daha böyük planları var. Partiyanın yerli təşkilatları fəaliyyət göstərir, bütün strukturları, rəhbərlik yerindədir. Heç nədən narahatçılığımız, qorxumuz yoxdur. O yazının dərc olunduğu saytın rəhbəri Əvəz Zeynallının mənə qarşı qərəzi var. Mən bir neçə gün öncə də qeyd etmişdim ki, Əvəz Zeynallı daha çox reketçilikdə maraqlı bir jurnalistdir. Reketçiliyə görə də həbs olunmuşdu və bu gün də həmin fəaliyyəti davam edir. Mən Əvəz Zeynallını reket jurnalist hesab edirəm. Ona görə də yazdıqları mənim heç vecimə də deyil”.
R.Nurullayev onu da dedi ki, hakimiyyət həmişə AXCP ilə mübarizə aparıb, bəzi daxili satqınlar isə hakimiyyətin maraqlarına xidmət ediblər: "Bu gün də əfsuslar olsun ki, bəziləri nəyəsə satılıblar. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, tanklar qarşısında davam gətirənlər pul qarşısında duruş gətirə bilmirlər. İndi də belədir. Kimlərsə pul hərisliyi ucbatından özlərini əslində pis duruma qoyurlar. Amma bir yandan sevinirəm ki, partiyamız bu cür insanlardan təmizlənir və təmizlənmə davam edəcək. Kimsə partiyaya başqa məqsədlərlə gəlib qoşulursa, o burada qala bilməz. Mənim rəhbərlik etdiyim AXCP hakimiyyətə iddialı partiyadır. Bu gün bizim çox prinsipial mövqeyimiz var. Biz bu AXCP-ni quran zaman Azərbaycan siyasi sistemində bir yenilik yaratmış olduq və siyasətin yönü dəyişdi. Hazırda apardığımız siyasət bəlkə də bir çoxlarına görünmür, amma yaxın perspektivdə onun ciddi nəticələri olacaq. Kimsə də bizim əl-ayağımıza dolaşmaq istəyirsə, bunu bacara bilməyəcəklər. Bizi hakimiyyətə işləməkdə ittiham edənlərin əsassız olduğunu hələ də partiyanın qeydiyyatına alınmaması faktı bir daha sübuta yetirir. Hakimiyyət belə görünür ki, bizi havada saxlamağa üstünlük verdi. Əgər hakimiyyət adamı olsaydıq, bizi qeydiyyata alardılar. Biz bəhanə vermirik ki, hakimiyyət qanunsuz həbslər həyata keçirsin bizim partiyaya qarşı. Bizim partiya 2018-ci il prezident seçkilərinə hazırlaşır. Bu məqsədə xidmət etməyən partiya üzvü bizdən deyil, partiyada qala bilməz”.
Qlobal.az