Raul Kastro Kuba Dövlət Şurasının sədri postundan gedəcək
Dekabr 22
11:59
2017
Kuba Dövlət Şurası və Nazirlər Şurasının sədri Raul Kastro gələn il vəzifəsindən gedəcək.
"Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, Kuba lideri bu addımı 2018-ci ilin aprelində atacaq. Bildirilir ki, R.Kastro müvafiq bəyanatla Xalq Hakimiyyətinin Milli Məclisi qarşısında çıxış edib.