SON XƏBƏR

"Rasimə olan münasibət Azərbaycan səhiyyəsinin hansı durumda olmasını göstərdi"

Avqust 10
11:30 2016
"Nəticəsi də odur ki, burnu qanayan şəxs xarici ölkəyə gedir"

Xəbər verdiyimiz kimi dünən jurnalist Rasim Əlievin ölümündən 1 il ötdü. Jurnalisti yad edən onun həmkarları və ictimaiyyət nümayndələri bir araya gələrək Rasim haqda xatirələrini bölüşüblər. 

Milli Şura sədri Cəmil Həsənli Moderator.az-a açıqlamasında bildirdi ki, Rasimin işində ədalət tam şəkildə bərpa olunmayıb:

"Rasimi geri qaytarmaq artıq mümkün deyil. Ona görə də ədalət tam şəkildə bərpa olunmayıb. Rasimi mən xatırlayıram. Mitinqlərdə o, öz peşə borcunu fədəkarlıqla yerinə yetirirdi. Ölkədə elə mühit var ki,  artıq müəyyən qrup insanlar jurnalisti dediyi sözə görə döyüb öldürmə həddinə çatıblar. İdman iqtidar tərəfindən himayə olunduğuna görə bunlar qanundan sui - istifadə edirlər. Rasimlə bağlı mühüm məsələlərdən biri də həkim səhlənkarlığı oldu. O, yerləşdirildiyi xəstəxanada lazımı xidməti görsəydi bəlkə də ölməzdi. Rasimə olan münasibət Azərbaycan səhiyyəsinin hansı durumda olmasını göstərdi. Səhiyyəmizdə insan həyatına laqeyd münasibət var. Nəticəsi də odur ki, burnu qanayan şəxs xarici ölkəyə gedir. Rasim öz həyatını peşəsinin şərəfi uğrunda qurban vermiş bir şəxsdir. Bu gün onu sevənlər burada onu yad edirlər”.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook