SON XƏBƏR

Rasim Məmmədovun xanımı “Baku Steel Company”ni məhkəməyə verdi

May 13
09:47 2023
Azərbaycanda ən bahalı özəl məktəblərdən sayılan Bakı Oksford Məktəbi (Baku Oxford School) "Baku Steel Company” şirkətini məhkəməyə verib.

Qlobal.az-ın Qafqazinfo-ya isstinadən məlumatına görə, məktəb "Baku Steel Company”nin vaxtilə Bakı Oksford Məktəbinə məxsus olan və məktəblilərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrini ələ keçirdiyini iddia edir. Nəqliyyat vasitələrinin dəyərinin külli miqdarda olduğu bildirilir.

Məktəb rəhbərliyi maşınların geri qaytarılması ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İş hakim Nərmin Əhmədovanın icraatına verilib.

Qeyd edək ki, Bakı Oksford Məktəbi həbsdə olan iş adamı Rasim Məmmədovun həyat yoldaşı Mehriban Məmmədovaya məxsusdur. R.Məmmədov özü də uzun illər "Baku Steel Company”nin rəhbəri olub. Rasim Məmmədov həbs edildikdən sonra Bakı Oksford Məktəbinin üzərinə də həbs qoyulub. Məktəbin dəyəri 24 milyon manat qiymətləndirilir.

Bakı Oksford Məktəbi Bakıda ən bahalı özəl məktəblərdən sayılır. Burada təhsil ingilis dilindədir və əsasən nüfuzlu şəxslərin övladlarının oxuduğu məktəb kimi tanınır.

Xatırladaq ki, R.Məmmədov 2021-ci ildə DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, 185 milyon manatlıq yeyintidə təqsirli bilinirdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook