SON XƏBƏR

Rasim Əliyev ölümünün ildönümündə anılacaq

Avqust 03
10:18 2016
Mərhum jurnalist Rasim Əliyev ildönümündə anılacaq.
 
Artıq bu barədə sosial şəbəkələrdə "event" yaradılıb.
 
Eventdə deyilir ki, 8 avqust 2015-ci il tarixində Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sabiq sədri, jurnalist və hüquq müdafiəçisi Rasim Əliyev sui-qəsdə məruz qalaraq amansızcasına döyüldükdən sonra avqustun 9-na keçən gecə xəstəxanada müəmmalı şəraitdə həlak olub. 
 
Bu il avgustun 9-u Rasim Əliyevin ölümündən 1 il ötür. 
 
Bu münasibətlə həmkarları və dostları Rasimin ildönümündə onu anmaq üçün məzarını ziyarət etməyə dəvət edilir. 
 
Rasim Əliyevin xatirəsini anmaq istəyən hər bir kəs Mehdiabad qəsəbəsində yerləşən məzarlığı avgustun 9-u saat 12:00 ziyarət edə bilər.(Qaynarinfo.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook