SON XƏBƏR

Rasim Balayev: "O vaxt Rüstəm İbrahimbəyova qarşı oyunlar oynanıldı"

May 31
15:16 2022
"Rüstəm İbrahimbəyov böyük şəxsiyyət idi. Mən 23 il onunla bir yerdə işləyib, ona diqqət etmişəm".

"Report" xəbər verir ki, bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri, Xalq artisti Rasim Balayev deyib.

"Ümid edirəm ki, İdarə Heyətinin üzvlərinin və digər üzvlərin təkliflərini dinləyib, birgə işləyərik. O vaxt Rüstəm İbrahimbəyova qarşı oyunlar oynanıldı. Əli Həsənov kimi insanlar Kino İttifaqını dağıtdı, dedilər, digər ittifaqa keçməsəniz, işdən çıxacaqsınız.
Nəhayət, sonradan hər şey üzə çıxdı. Bundan sonra çalışacağam ki, hər şey yaxşı olsun", - o bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook