SON XƏBƏR

Rasilə Əliyeva haqda daha bir İDDİA – “Erkən nikahın razılığı üçün 4 min alırmış”

İyul 21
15:32 2022
"Çevik ekspert” qrupu Lənkəranda icra başçısının keçmiş müavini tərəfindən fiziki zorakılığa məruz qalmış yeniyetmə və ailəsi ilə görüşüblər. QHT rəhbərlərindən ibarət Qrup məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarında da olublar.

Bu barədə Bizim.Media-ya məlumat verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə hazırda yeniyetmənin qapalı depressiya vəziyyətində olduğunu qeyd edib:

"Uşaq yaşadıqlarını bir növ artıq danışa bilir. Çünki ona həm qorxu, həm də utanc hissi böyük zərbələr vurub. Özünü qapalı və təcrid olunmuş hiss edir. Səbəb ona olunan fiziki zorakılıqla bərabər həm də illərlə ailəsinə yaxın olan məktəb direktorunun hadisədə onu qətiyyən müdafiə etməməsi olub. Yeniyetmənin bir sözü mənə təsir etdi. "Mən idmanla məşğulam, ona güc gələ bilərdim. Amma bunu etmədim, çünki məni elə tərbiyə etməmişdilər. Bilirəm ki, özümdən böyüyə əl qaldırmaq olmaz. Amma haqqımı bundan sonra da qoruyacam”dedi”.

"Çevik ekspert” qrupu daha sonra məktəb direktoru ilə görüşüb. Kəmalə Ağazadənin sözlərinə görə, direktorun dediyi fikirlər onda çox böyük təssüf hissi yaradıb:

"Direktora dedim ki, uşaq döyüləndə heç olmaya onu qucaqlayıb otaqdan çıxarda bilərdiniz. O, isə "mən onu qoruya bilməzdim, o qadından qorxuram, siz bilmirsiz nədir” dedi və artıq müəyyən etdim ki, Rasilə Əliyeva təkcə 15 yaşlı qıza deyil, bir çoxlarına psixoloji və fiziki zorakılıq tətbiq edib. O da məlum oldu ki, rayonda erkən nikahın razılıq qiyməti 2500-4000 manat arasıdır. Deyilənə görə, hadisələr Rasilənin kabinetindəcə həll olunurmuş. Görün insanın vəzifəsindən sui-istifadə halları nə həddə olub ki, Rasilə Əliyeva məsuliyyətə cəlb olunduğu üçün Lənkəran toy-bayram edib, hətta qurban kəsilib.

Məlumat üçün bildirək ki, "Çevik Ekspert” Qrupunda Azərbaycan Uşaqlar İctimai, "Vətəndaş” Tədqiqat və İnkişaf, "Təmiz Dünya” Qadınlara Yardım və İslahatçı Qadınlar və İnnovasiyalar İctimai birliklərinin rəhbərləri Kəmalə Ağazadə, Günel Səfərova, Mehriban Zeynalova və Vüsalə Hüseynli təmsil olunur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook