SON XƏBƏR

Ramiz Zeynalov vəzifəsindən azad edilir

İyun 28
12:43 2019
Yaxın günlərdə yeni daxili işlər naziri general-polkovnik  Vilayət Eyvazovun əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov vəzifəsindən azad olunacaq.

Qlobal.az xəbər verir ki, bu barədə Gununsesi.org saytı məlumat yayıb. 

Xəbərə görə, Ramiz Zeynalovun yerinə təyinat alacaq şəxsin  kimliyi də bəlli olub. Bu şəxs Bakı Şəhər Baş Dövlət Yolisi İdarəsinin rəisi Nuşirəvan Səfərovdur.
Qeyd edək ki, R. Zeynalov 1951-ci ildə anadan olub və hazırda 68 yaşı var. 1994-cü ilin avqust ayından – 25 ildir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook