SON XƏBƏR

Ramin Əhmədov: "Qələbəmizin kökündə Dövlətimizin qüdrəti, Prezidentimizin qətiyyəti, xalqımızın birliyi və qəhrəman oğullarımızın şücaəti dayanır"

Sentyabr 14
17:12 2022
"Vətən Müharibəsində qələbəmizin kökündə Dövlətimizin qüdrəti, Prezidentimizin qətiyyəti, xalqımızın birliyi və qəhrəman oğullarımızın şücaəti dayanır".
 
Qlobal.az xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyi – TAİB-in təsisçisi Ramin Əhmədov bildirib.
 
"Ölkə başçısı da fəaliyyətinin bütün dövrlərində şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərib. Bu gün şəhid ailələri və qazilər mənzillərlə, avtomobillərlə təmin olunur. Mütəmadi olaraq, qazilərin və şəhidlərin ailə üzvlərinin işlə təmin olunduğu barədə xəbərlərə rast gəlirik. Həmçinin bu kateqoriyadan olan şəxslərə dövlət tərəfindən xüsusi güzəştlər edilir, müavinətlər verilir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım  Əliyeva həm mənəvi, həm də sosial dəstək baxımından şəhid ailələrinin və qazilərin yanındadır, onların qayğıları ilə daim maraqlanırlar"-deyə, Ramin Əhmədov qeyd edib.
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook