SON XƏBƏR

Ramin Əhmədov: "Gənclər siyasətində milli və dövlətçilik maraqları prioritet təşkil edir"

Fevral 02
12:29 2023
"Ölkəmizdə dövlət gənclər siyasətinin əsasının qoyulması və Azərbaycan gənclərinin qürurla qeyd etdiyi özəl bir günün təsis edilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır".
 
Bu sözləri YAP Nizami rayon Təşkilatının sədr müavini, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in təsisçisi Ramin Əhmədov 2 fevral - Azərbaycan Gəncləri Günü ilə bağlı danışarkən vurğulayıb. 
 
Ramin Əhmədov bu gün də gənclərin Prezident İlham Əliyev cənablarının xüsusi diqqət və qayğısında olduğunu bildirir:
 
"Bu gün ulu öndərimizin dövlətçilik xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərin intellektual inkişafı, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda formalaşmaları, müxtəlif layihələrdə birgə iştirakları, gənclər təşkilatlarının fəaliyyətinin dəstəklənməsi diqqətdə saxlanılır. 44 günlük Vətən müharibəsində əsas missiyanı məhz Ali Baş Komandan cənab İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin yerinə yetirməsi dövlət gənclər siyasətinin uğurlu nəticəsindən xəbər verir. 

Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olmasının, gənclərin hərtərəfli inkişafına göstərilən dəstəyin nəticəsidir ki, hər bir Azərbaycan gənci özünü müxtəlif sahələrdə sınamaqla uğurlarının sayını daha da artırır.
 
Gənclərin bilik və bacarıqlarını nümayiş etdirdiyi məkanlardan biri də Missiya Media Qrupudur ki, burada çalışanların hamısı yaradıcı gənclərdən ibarətdir. Gənc qələm sahibləri ilə yanaşı Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyi – TAİB-in də sıraları genişlənərək Gənclər Təşkilatı yaradılıb ki, burada da gənclərimizin özlərini isbat etmələri üçün hərtərəfli şərait mövcuddur. Bir sözlə Missiya Media Qrupunda və həm də TAİB-in Gənclər Təşkilatının sıralarında Vətəninə, xalqına, dövlətinə və dövlətçiliyə bağlı, sağlam əqidəli gənclər fəaliyyət göstərir. 

2 Fevral Gənclər Günü münasibəti ilə hər bir vətənpərvər Azərbaycan gəncini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram!".
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook