Ramin Əhmədov: "Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsi Moskva ilə Bakının müttəfiqlik münasibətlərinə ziddir"
Mart 29
18:41
2022
"Azərbaycanın öz torpaqlarında mövqelərini dəqiqləşdirməsi, manevrlər etməsi Rusiyadakı bəzi dairələri qıcıqlandırır. Bu səbəbdən, son günlər Rusiyanın həm mediası, həm də siyasət və ictimaiyyət nümayəndələri tərəfindən Azərbaycana qarşı qərəzli mövqe sərgilənir, əsassız açıqlamalar verilir və təhdid xarakterli fikirlər səsləndirilir. Gah Rusiyanın Müdafiə Nazirliyi Azərbaycanın ərazi vahidlərini təhrif edir, gah başqa bir qurum saytlarımızı bloklayır, gah da dövlət televiziyasında ölkəmizin müstəqilliyini şübhə altına alacaq fikirlər dilə gətirilir”.
Bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin təsisçisi Ramin Əhmədov Rusiyada bəzi dairələrin həyata keçirdiyi anti-Azərbaycan siyasətdən danışarkən deyib.
Ramin Əhmədov bildirib ki, Kremlin nəzarəti altında olan televiziyalardan, tapşırıqlar yerinə yetirən deputatların dilindən Azərbaycan əleyhinə bəyanatların səsləndirilməsi Moskva ilə Bakının müttəfiqlik münasibətlərinə ziddir: "Bir neçə həftə əvvəl Rusiya prezidenti Vladimir Putin Azərbaycanla müttəfiqlik bəyannaməsinə imza atıb. Buna baxmayaraq, həm rəsmi Moskva, həm də hakimiyyətin nəzarətinə olan media orqanları, deputatlar Azərbaycan əleyhinə çıxışlar edirlər. Məsələn, Dövlət Dumasının deputatı Mixail Delyaqin canlı yayımda Azərbaycanın neft sənayesinə zərbələrin edirilə biləcəyi ilə bağlı açıqlama verib. Bu fikirləri səsləndirən deputat düşünmür ki, söhbət Rusiyanın müttəfiqlik saizişi imzaladığı ölkədən gedir? Ölkəmizi hədələyənlər düşünmürlər ki, Prezidentlərinin imzasına hörmətsizlik etmiş olurlar?”
Media Qrup rəhbəri rəsmi Moskvanın da Azərbaycana qarşı ziddiyyətli mövqe sərgilədiyini deyib: "Məsələn, rəsmi Bakı dəfələrlə bəyan edib ki, Azərbaycanın "Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur. Amma Rusiyanın Müdafiə Nazirliyi yenə də "Dağlıq Qarabağ” ifadəsindən istifadə edir. Həmçinin Kremlin Mixail Delyaqin canlı yayımda neft sənayemizə zərbə endirilə biləcəyi ilə bağlı səsləndirdiyi fikirlərə reaksiyası düşündürücüdür. Rusiya prezidentinin sözcüsü Dmitri Peskov deyib ki, Rusiyanın Bakının neft yataqlarına zərbələr endirməsi ehtimalı ilə bağlı sözləri heç bir halda Moskvanın siyasi xəttinə uyğun deyil. Əgər elədirsə, Moskvanın siyasi xəttinə uyğun bəyanat verməyən deputat cəzalandırılmalıdır. Çünki deputat Rusiyanın siyasi xəttinə qarşı çıxıb və Moskvanın müttəfiqi Azərbaycanı açıq şəkildə təhdid edib. Azərbaycanı təhdid edən deputat cəzalandırılacaqmı? Peskov bu suala da cavab verməli idi”.

Azərbaycanın bu günə qədər Rusiya ilə bərabərhüquqlu qonşuluq siyasətinə sadiq olduğunu deyən Ramin Əhmədov bildirib ki, Azərbaycan Rusiya münasibətlərin inkişafında həmişə maraqlı olub: "Proseslər göstərir ki, Ermənistan hakimiyəti hər fürəstdə Rusiyaya xəyanət edir, Qərbyönümlü siyasətindən əl çəkmək istəmir. Amma Azərbaycan Ermənistandan fərqli olaraq, ötən dövr ərzində balanslı siyasət yürüdüb, Rusiya ilə münasibətlərin inkişafına, əlaqələrin daha da möhkəmlənməsinə böyük önəm verib. Ermənistanın xəyanətkar siyasətinə baxmayaraq, 44 günlük Vətən Müharibəsi zamanı Rusiyanın bir çox media orqanları Azərbaycan əleyhinə sistemli təbliğat apardılar. Amma Azərbaycan Rusiya saytlarının heç birini bloklamadı. Buna baxmayaraq, Rusiya Ukrayna ilə bağlı onun maraqlarına uyğun olmayan xəbərlər verən Azərbaycan saytlarını bloklayıb. Düşünürlər ki, Rusiya mediası hansı xəbəri yayırsa, Azərbaycan mətbuatı da onu kopyamallıdır? Düzgün yanaşma deyil. Azərbaycan mediası müstəqildir və həm Rusiyanın, həm də Ukraynanın mövqeyini ədalətli şəkildə işıqlandırır. Heç bir xarici ölkənin Azərbaycanın dövlət siyasətinə və media siyasətinə qarışmağa haqqı yoxdur. Azərbaycan müstəqil dövlətdir və öz sərhədləri daxilində istədiyi hərbi manevri edə bilər”.